308
riyazi eksperimental təbiətşünaslığın tələblərinə uyğun gəlirdi. Bir qədər
sonra fransız filosofu R.Dekart elmdə və o cümlədən də fəlsəfədə riyazi
metodun rolunu geniş əsaslandırdı. Riyaziyyatın bu metodiki əhəmiyyəti
Spinoza və Leybnis tərəfindən bir daha qeyd olundu. Klassik alman
fəlsəfəsinin banisi I.Kant yeni dövr fəlsəfəsində metod haqqında elmi
axtarışları davam etdirərək ideallaşdırmanın xüsusi əhəmiyyətini göstərdi.
Hegel isə fikrin mücərrəddən konkretə doğru yüksəlməsi metodunu kəşf
etdi. Müasir dövrdə elmi metod axtarışları B.Rasselin, K.Popperin və
P.Feyerabendin təlimlərində davam və inkişaf etdirildi. Onlar elmi biliyin
həqiqiliyini yoxlamaq üçün iki metodun xüsusi rolunu göstərdilər.
Dostları ilə paylaş: