Qeyri-elmi bilik ilə biliyin əlaqəsi parapsixologiya ilə psixolo- giya və fiziologiya arasındakı münasibətlərdə də özünü göstərir .
1
Bax: Пружинин Б.И. Астрология: наука ,псевдонаука, идеология?, Во-
просы философии, 1994, №2.
317
Söhbət birinci növbədə telepatiya (hərfi mə‟nası uzaqdan hiss etmə
deməkdir) hadisələrindən gedir. Aparılmış çoxsaylı eksperimentlər telepa-
tik əlaqənin dini-idealist izahını rədd edir. Onun təbiətinin elmi izahının
doğruluğunu sübuta yetirir. Bu təcrübələr göstərir ki, müəyyən məsafədən
hisslərin oxunması müəyyən enerji növü sayəsində baş verir. Hazırda bu
enerjinin eloktromaqnit, dalğa xarakteri haqqında, habelə insan biliyi
tərəfindən buraxıldığı haqqında müxtəlif hipotezlər söylənilir.
Yuxarıda deyilənlər sübut edir ki, elmdən kənar biliklərə gərəksiz bir şey kimi yanaşmaq doğru olmazdı . Bə‟zi hallarda onlar
elmi axtarışlara müsbət tə‟sir göstərir. Onlar həm də insanların yaradıcı
fantaziyasının artmasına kömək edirlər. Əlbəttə, deyilənlərdən belə nəticə
çıxarılmamalıdır ki, qeyri-elmi biliklər elmə qarşı duran alternativdir,
yaxud da idrakın nə isə üçüncü bir yoludur. Söhbət yalnız ondan gedir ki,
müasir cəmiyyətdə bəşəriyyətin gələcək inkişafı naminə mövcud
rəngarəng informasiya növlərindən bu və ya digər dərəcədə istifadə etmək
məqsədəuyğundur.
318
XI FƏSIL YARADICILIQ VƏ INTUISIYA 1. Yaradıcılıq Idrak prosesi təkcə rasional əməliyyatlardan ibarət deyildir. Burada
həm də qeyri- rasional prosedurlar mühüm yer tutur. Sonuncular
rasiona- la zidd (irrasional) xarakter daşımır. Onlar insanın şüurunda