Onlar- dan ən geniş yayılanı yaradıcılığı aşağıdakı beş mərhələyə ayırır: 1) elmi problemin aşkar edilməsi, tədqiqat predmetinin seçilməsi,
məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; 2) lazım olan
informasiyanın toplanması və tədqiqatın metodologiyasının seçilməsi; 3)
problemin həlli üçün yolların axtarılması, yeni ideyaların aşkarlanması; 4)
elmi kəşf, yeni elmi ideyanın yaranması, kəşf olunmuş hadisənin ideal
modelinin yaradılması; 5) əldə edilmiş elmi nəticələrin məntiqi cəhətdən
bitkin sistem şəklinə salınması.
1
Fəlsəfi fikir tarixində yaradıcılıq müxtəlif şəkildə izah edilmişdir.
Platon onu ağılsızlığın xüsusi növü kimi təzahür edən ilahi keyfiyyət he-
sab edirdi. Dini ən‟ənəyə görə yaradıcılıq insanda ilahi qüvvənin
ifadəsidir. Kant isə onu dahiyə xas olan fərqləndirici cəhət kimi təsəvvür
edirdi.
Öz mahiyyətinə görə yaradıcılıq insan təfəkkürünün məhsuldar
fəallığının ifadəsidir. Insanın fəaliyyəti yalnız o vaxt yaradıcı olur ki, o
həm öz metodlarına görə , həm də nəticələrinə görə əvvəlkiləri təkrar et-
mir. Yaradıcılıq gedişində sosial cəhətdən mühüm əhəmiyyət kəsb edən
yeni dəyərlər yaradılır. Hadisələrin və proseslərin yeni-yeni əlaqələri və
qanunauyğunluqları, fəaliyyətin əvvəldə mə‟lum olmayan metodları aşkar
edilir. Mühüm mə‟nəvi praktiki fəaliyyət olan yaradıcılıq rasional
fəaliyyət ilə ziddiyyət təşkil etmir. O şüuraltı və qeyri-şüuri səviyyədə baş
verməsinə baxmayaraq, axır nəticədə rasional ilə qovuşa və ona daxil ola
bilir.
Qeyd edək ki, çox vaxt insanda yeni ideya şüurlu iradənin
nəzarətindən kənarda yaranır. Bir çoxları bu fakta əsasən belə nəticə
çıxarırlar ki, güya yaradıcılıq tamamilə qeyri -şüuri prosesdir. Belə baxışa
görə yaradıcılıq müəyyən qeyri-cismani qüvvədir. O insana daxil olaraq
ona ilham verir və ona yeninin yolunu göstərir. Insan sanki bu ilham
pərisinin nəzarəti altında olur. bu halda o sanki gördüyü iş üçün
mə‟suliyyətini hiss etmir. Çünki, yaradıcılıq sırf intim -şəxsi dairədə baş
verir ki, o özünənəzarətə və özünümüşahidəyə müyəssər olmur.
Insan zəkasının yaradıcı fəallığı maddi və mə‟nəvi mədəniyyətin
müxtəlif sahələrində (elmdə, texnikada, iqtisadi həyata, siyasətdə,
1
Bax: Диалектика и теория творчества, М., 1987, с.100.
320
incəsənətdə və sair) reallaşır. Həmin sahələrin hər birində yaradıcı fəallıq
özünəməxsus şəkildə çıxış edir. Məsələn,