Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Intuisiyanın formalaşması və təzahür etməsinin ümumi şərtləri



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə367/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   363   364   365   366   367   368   369   370   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Intuisiyanın formalaşması və təzahür etməsinin ümumi şərtləri 
aşağıdakılardır:
1) insanın əsaslı peşə hazırlığına malik olması, proble-
min dərindən mənimsənilməsi; 2) axtarışları əhatə edən şərait, problemli-
liyin səviyyəsi; 3) problemi həll etmək üçün fasiləsiz və gərgin axtarışların 
olması; 4) yeni fikrin yaranması.
2
Müasir elm 
intuisiyanın
daxili məzmununu açmaq üçün xeyli iş 
görmüşdür. Sübut olunmuşdur ki, o 
bir sıra mərhələlərdən keçir

Əvvəlcə, insanın beynində onu düşündürən problemlə bağlı obrazlar və 
abstraksiyalar qeyri-ixtiyari surətdə toplanılır. Sonra, onlar qeyri-şüuri 
səviyyədə birləşdirilir və yenidən işlənilir. Üçüncü mərhələdə qarşıda du-
ran vəzifə ən aydın şəkildə görünür. Nəhayət axırıncı mərhələdə birdən 
birə vəzifənin dəqiq həlli yolu tapılır. 
Intuisiya sözün müəyyən mə‟nasında yarım instinktiv xarakter 
daşıyır
. Bununla yanaşı o adi şüurdan yüksəkdə durur. Intiusiya öz idraki 
gücünə görə fövqəlşüur hesab oluna bilər. O bir an içərisində haqqında 
düşünülən obyektin daxili ünsürlərinə və hissələrinə nüfuz etmək və eyni 
zamanda onun bütöv bir tam kimi mahiyyətini ifadə etmək iqtidarındadır. 
Intuisiya bunu göstərir ki, insan çox tez bir vaxtda mürəkkəb situasiyanı 
təşkil edə və düzgün qərar qəbul edə bilir. Özü də bu qabiliyyət həqiqəti 
birbaşa öyrənməklə, yə‟ni sübutlara əsaslanmadan baş verir.
A.Berqson göstərirdi ki, intuisiya intellektin kənarında yerləşir və 
yaxud onun yarımkölgəsidir. O mərkəzdən buna görə sıxışdırılmışdır ki, 
1
Алексеев П., А. Панин. Философия, с.237. 
2
Алексеев П., А. Панин. Философия, с.242. 


328 
fəaliyyət üçün intellektə nisbətən az faydalıdır. Intuisiyanın funksiyası işin 
özünə baxmaqdan və tənzim etməkdən daha çox bu işi dərindən nəzərdən 
keçirməkdir. Intuisiyanın mühüm xüsusiyyəti budur ki, o fikirdə nəzərdə 
tutulan obyekti hissələrə bölmür. Onlara ayrılıqda baxaraq sonradan sintez 
etmir. O bir an içərisində obyektin bütöv bir tam kimi mahiyyətini əhatə 
edə bilir. Bu işi elə sürətlə görür ki, rasional məntiq ona çata bilmir
1
Idrakın mövcud üsullarının nüfuz edə bilmədiyi sahələrdə 
intuisiyanın rolu xüsusilə böyükdür. Bu münasibətdə elm tarixindən çoxlu 
faktlar gətirmək olar. Məşhur fransız riyaziyyatçısı A.Puankare özü etiraf 
edirdi ki, bir kəşf onun beyninə tam təsadüfi olaraq, başqa bir şəhərdə fay-
tona minərkən gəlmişdir. 
Bununla belə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin