Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Yaradıcılıq prosesində şəxsiyyətin motivasiyası sferasıda



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə363/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   359   360   361   362   363   364   365   366   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Yaradıcılıq prosesində şəxsiyyətin motivasiyası sferasıda 
əhəmiyyətli rol oynayır
. Bu halda xarici motivasiya (şöhrət, vəzifə, pul 
və sair) yalnız daxili motivlərindən keçərək baş verdikdə özünün güclü 
tə‟sirini göstərir. 
Yaradıcılıq yeninin yaranmasına tələbatın başa düşülməsini ifadə 
edən problem situasiya ilə başlanır. Bu, müəyyən güman və hipotez 
formasında çıxış edir. Sonra isə yaradıcılıq prosesi aşağıdakı fazalardan 
1
Bax: Л.Бройль. По тропам науки, М., 1982, с.294-295.


324 
keçir: ilham, məhsuldar təxəyyül, yeni ideya ilə şəfəqlənmə, onun məntiqi 
işlənilməsi, yoxlanılması və reallaşması (sonuncu mərhələ). Yaradıcılığın 
əvvəlki mərhələlərində şüuraltı ünsürlər, intuisiya üstün yer tutur. Sonrakı 
mərhələlərdə isə düşünülmüş, məntiqi təfəkkür əsas rol oynayır. 
Yaradıcılığın zəruri subyektiv şərti olan məhsuldar təxəyyül 
məntiqi təfəkkür qanunlarından fərqlənən özünəməxsus qanunlara malik-
dir. Burada fikirlər məntiqi zərurilik prinsipi üzrə deyil, daha sərbəst prin-
sip-oxşarlığa görə, qarışıqlığa və ziddiyyətliyə görə əlaqələndirmə prinsipi 
üzrə birləşdirilir. 
Yaradıcılıq prosesi insanın erudiyası ilə sıx bağlıdır
. Lakin 
zəngin erudisiya heç də həmişə məhsuldar yaradıcılığı tə‟min etmir. 
Eynşteyn bu cəhəti qeyd edərək göstərmişdir ki, kəşfi çox vaxt avamlar 
edir. Əlbəttə buradan belə nəticə çıxarılmamalıdır ki, avam olmaq elmi 
yaradıcılığın zəruri şərtidir. Başqa sahələrdə olduğu kimi burada da 
müəyyən ağıl həddi gözlənilməlidir. Yaradıcılıq prosesində fikrin 
qərarlaşmış olan ən‟ənələrdən kənara çıxması, müstəqil olması çox 
mühümdür. Bu prosesdə alınan yenilik yaradıcı vəzifələrin həlli yolları 
barəsində gərgin axtarışların nəticəsidir. O həm də tədqiqatçının hadisələrə 
münasibətdə öz nöqteyi -nəzərinə malik olmaq kimi yüksək qabiliyyətinin 
məhsuludur. 
Yaradıcılıq insandan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin