327
Evristik (yaradıcı) intuisiya adından göründüyü kimi prinsipcə yeni
bilik və qnoseoloji obrazların (hissi və yaxud anlayışlı) yaranması ilə
bağlıdır. Yaradıcı intuisiya elə bir spesifik idrak prosesidir. O hissi
obrazların və mücərrəd anlayışların qarşılıqlı tə‟sirindən ibarət olub,
prinsipcə yeni obrazların və anlayışların yaradılmasına gətirib çıxarır.
Onların məzmununu əvvəlki qavrayışları sadəcə sintez etməklə, yaxud da
mövcud anlayışlarla məntiqi əməliyyatlar aparmaq yolu ilə hasil etmək
qeyri-mümkündür.
1
Maraqlı burasıdır ki, intuisiya gedişində haqqında düşünülən prob-
lemin şüur sferasında təhlili dayandırıldıqdan sonra da, bu proses qeyri-
şüuri sferada davam edir. Bu sfera isə daha güclü təhlil apara bilir. Əgər
şüur səviyyəsində bir saniyə ərzində yalnız, 10
2
bit (informasiyanın ölçü
vahidi olub iki siqnala bərabərdir) miqdarında informasiya işləmək
mümkün olursa, qeyri şüuri səviyyədə bu göstərici çox-çox yüksək olub
10
9
-u təşkil edir. Bu səviyyədə çox qısa vaxt ərzində nəhəng miqyasda
fikri əməliyyatlar aparmağın mümkünlüyü bununla izah olunur.
Dostları ilə paylaş: