intuisiyanın təbiətini izah edərkən onu mistik xa- rakter daşıyan qeyrişüuri proses kimi təsəvvür etmək doğru deyildir. Əslində hər bir elmi kəşf və ya ixtira yaranana qədər uzun hazırlıq yolu
keçir. Bu prosesdə cəmiyyətdə on illər boyu toplanılmış biliklər, onların
səviyyəsi və imkanları xüsusi yer tutur. Məsələn qədim dövrdə Misirdə və
ya başqa ölkədə heç bir dahini intuisiyası nisbilik nəzəriyyəsini kəşf edə
bilməzdi. Çünki bunun üçün elmi biliklər zəmini yox idi.
Intuisiya zəkanın fövqündə duran və yaxud qeyri-zəka təbiətli bir
şey deyildir. Lakin burada nəticə çıxarılarkən həmin nəticəyə gətirən
bütün əlamətlər və priyomlar heç də həmişə başa düşülmür. Buna görə də,
o həqiqəti hiss etmək və dərk etməkdir. Intuisiya tədqiqat obyektinin ağır,
qeyri adi şəraitə düşdüyü halda eksperimentlə sıx bağlı olur. O sanki
bürmələnmiş, son həddədək qurudulmuş fikir məntiqinin cövhəridir. Onun
məntiqə münasibəti xarici nitqin daxili nitqə münasibəti kimidir
(mə‟lumdur ki, daxili nitqdə çox şeylər buraxılır o, fraqmentar (adda-
budda) xarakter daşıyır).
Intuisiya, hisslərdən, təsəvvürlərdən və təfəkkürdən tam kənarda baş verən ayrıca idrak prosesi deyildir. O, əqli nəticənin
keyfiyyətcə xüsusi növüdür. Burada hadisələrin məntiqi zəncirinin ayrı-
ayrı vəsilələri şüura az və ya çox dərəcədə qeyri şüuri şəkildə ötürülür.
Məhz fikrin nəticəsi, həqiqət son dərəcə aydınlıqla başa düşülür.
Intuisiyada təfəkkür, hisslər və duyğu qovuşmuş halda çıxış edir. O
elmi idrak ilə bədii yaradıcılığı bir birinə yaxınlaşdırır. Məsələn istedadlı
aktyor hər hansı bir yaramazın rolunu ifadə etdikdə, onun yaramazlığı
özündə qalır. Aktyorun məharəti isə rolu orijinal ustalıqla oynamasındadır.
Beləliklə köhnə bilikdən yeni biliyə intellektual sıçrayış, elmi
kəşflər, texniki ixtiralar, orijinal incəsənət nümunələri təkcə məntiqi
1
Спиркин А. Философия, с.514.
329
pillələr üzrə baş vermir. Bu həm də intuisiyanın qanadlarında həyata keçi-
rilir.