337
Etik normalar elmi fəaliyyətin bütün tərəflərini əhatə edir. Onlara
həm tədqiqatların hazırlanması və aparılmasında, həm də onun
nəticələrinin çap olunmasında və aparılan
elmi diskusiyalarda riayət
olunmalıdır.
2. Elmi axtarış azadlığı və tədqiqatçının mə‟suliyyəti
Müasir elmdə təkcə burada məşğul olan işçilərin bir-birilə
münasibətləri deyil, həm də onlar ilə bütövlükdə cəmiyyət arasında
münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Sonuncu qrupdan olan məsələlər
alimin
sosial mə‟suliyyəti ilə
bağlıdır. Qeyd edək ki, bu problem hazırda
daha aktualdır. Lakin bu o qədər də təzə məsələ deyildir. Elmi idrakın
mövcud olduğu bütün dövrlərdə zəkanın gücünə inam aşağıdakı qəbildən
olan şübhələri dağurmuşdur: elmin nailiyyətlərindən necə istifadə
olunacaqdır? Onlar insanların əleyhinə yönələ bilərlərmi? Bu suallar əsrlər
boyu davam etsə də, müxtəlif dövrlərdə onlara verilən cavablar birmə‟nalı
olmamışdır.
Hələ antik fəlsəfədə həqiqət ilə xeyirxahlığın əlaqəsinə diqqət yeti-
rilirdi. Göstərilirdi ki, bilik ilə əxlaq bir-birindən ayrılmazdır. Əgər kimsə
bədxahlıq edirsə, bu onun elmsizliyindən irəli gəlir. Elmli adam heç vaxt
axmaq hərəkət etməz. Etik rasionalizm adlanan bu tə‟limdə elm,
idrak
xeyirxahlığın, ağıllı həyatın zəruri şərti kimi götürülürdü. Digər tərəfdən
belə təsəvvür olunurdu ki, elm xeyirxahlığın, etik normaların məzmununa
mühüm tərkib hissə kimi daxildir. Bu fikirlər sonralar avropa
mədəniyyətində davam və inkişaf etdirildi.
Onlar öz bu gün üçün də
əhəmiyyətini saxlayır.
Müasir elm çox sürətlə inkişaf edir. Bu xüsusən də onun insan or-
qanizmi, beyni və fəaliyyəti ilə bağlı sahələrə aiddir. Söhbət birinci
növbədə gen mühəndisliyindən, biotibbi araşdırmalardan və biotexnolo-
giyadan gedir. Hazırda bu elmlər orqanizmlərin irsiyyət mexanizminə çox
böyük dəyişdirici tə‟sir etmək gücündədir. Onlar hətta xassələri irəlicədən
mə‟lum olan orqanizmləri mühəndis quraşdırma
yolu ilə əldə etmək
həddinə gəlib yaxınlaşmışlar. Bununla əlaqədar olaraq elmin müxtəlif
sahələrində tədqiqat aparan
Dostları ilə paylaş: