333
məqsədlər üçün istifadə olunarsa, o çox böyük bədbəxtliklərə gətirib
çıxarar. Tarixdə bu qəbildən olan cəhdlər artıq irqçilər və Hitler faşizmi
tərəfindən göstərilmişdir.
Müasir təbabət sağlamlığın qorunması, müxtəlif xəstəliklərin ara-
dan qaldırması sahəsində böyük uğurlar əldə etməkdədir. Son dövrlərdə
bədənin müxtəlif orqanlarını transplantasiyası (köçürmə yolu ilə
dəyişilməsi) geniş yayılmışdır. Bununla əlaqədar həkimlər belə suallar
qarşısında qalırlar: bədənin müxtəlif hissələrinin və orqanlarının başqa
orqanizmə köçürülməsi hansı həddədək məqbul sayılmalıdır?
Ümumiyyətlə köçürməyə etik cəhətdən haqq qazandırmaq olarmı?
Köçürülən orqanları başqa orqanizmlərdən çıxararkən sui-istifadə
hallarının qarşısını necə olmaq olar? Bu suallara düzgün cavablar verərkən
Dostları ilə paylaş: