Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Sosial  idrakın obyektini sosial reallıq təşkil edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə380/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   376   377   378   379   380   381   382   383   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sosial 
idrakın obyektini sosial reallıq təşkil edir
. Digər elmlər kimi onun da 
əsas 
vəzifəsi 
öyrəndiyi 
obyektin 
mahiyyətini 
və 
inkişaf 
qanunauyğunluqlarını aşkar etməkdir. Lakin sosial idrakın obyekti 
aşağıdakı 
mühüm spesifikliyə malikdir: burada obyekt kimi insan, 

'
ni subyekt çıxış edir. 
Başqa sözlə insanlar həm idrakın subyektidir, 
həm də real fəaliyyət göstərən şəxslərdir. Bununla yanaşı obyekt və sub-
yektin qarşılıqlı tə
'
siri də sosial idrakın obyekti rolunu oynayır. Beləliklə 
təbiət elmləri və texniki elmlərdən fərqli olaraq burada lap əvvəldən 
idrakın subyekti onun obyektini təşkil edir. 
Digər tərəfdən, ictimai həyat son dərəcə mürəkkəb, çoxtərəfli və 
çoxsəviyyəli xarakter daşıyır. Onu məcmu halında götürdükdə cəmiyyətin 
özü və burada yaradılan hər şey, insanların fəaliyyətinin nəticələridir. Bu 
prosesdə sosial qüvvələrin zəkası və ağlı ilə yanaşı hissləri və ehtirasları 
da fəal iştirak edir. Deyilənlərdən əlavə ictimai həyat həm də insanların 
fəaliyyətinin şüuri və qeyri- şüuri (təhtəlşüur) tərəflərini, habelə rasional 
və irrasional ünsürləri əhatə edir. Cəmiyyəti təşkil edən müxtəlif insan 
qrupları və fərdlər daim öz tələbatlarını, mənafelərini və məqsədlərini 
həyata keçirməyə çalışır. 
Ictimai həyatın bu rəngarəngliyi sosial idrakın mürəkkəbliyini 
şərtləndirir
. Sonuncu səbəb üzündən cəmiyyətin mövcudluğu və 
inkişafına dair müxtəlif baxışlar və nəzəriyyələr mövcuddur. Bu 
müxtəliflik sosial idrakın bütün əsas tərəflərinin (ontoloji, qnoseoloji və 
aksioloji) izahında özünü göstərir. 
Sosial idrakın ontoloji tərəfi
dedikdə 


342 
cəmiyyətin varlığının, onun fəaliyyəti və inkişafı qanunauyğunluqlarının 
və meyllərinin izahı başa düşülür. Buraya həm də sosial fəaliyyətin sub-
yekti kimi çıxış edən insan (onun ictimai münasibətlər sisteminə cəlb 
olunma dərəcəsinə uyğun olaraq) daxildir. Sosial idrakın ontoloji 
baxımdan mürəkkəb olması üzündən, burada obyektiv qanunların 
mövcudluğunu inkar edən baxışlar yaranmışdır. Məsələn yenikantçılar 
göstərirdilər ki, cəmiyyətdə bütün hadisələr fərdi, bənzərsiz və 
təkrarolunmaz xarakter daşıyır. Burada ümumi, sabit və zəruri əlaqələri 
ifadə edən qanunauyğunluqlar yoxdur. Bu qəbildən olan baxışlar doğru 
deyildir, çünki cəmiyyət obyektiv əsaslar üzrə inkişaf edir. Onlar 
insanların şüurundan asılı olmadan və insanların onları bilib 
bilməməsindən asılı olmayaraq mövcuddurlar. Həmin əsaslara misal ola-
raq cəmiyyətin iqtisadi inkişaf səviyyəsini, insanların tələbatları və 
mənafeyini göstərmək olar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin