Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


alimlərin sosial məsuliyyəti məsələsi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə377/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   373   374   375   376   377   378   379   380   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

alimlərin sosial məsuliyyəti məsələsi 
çox 
ciddi şəkildə qarşıya çıxır. Məhz bunun nəticəsidir ki. 1975-ci ildə 
dünyanın aparıcı alimləri könüllü surətdə razılığa gəldilər ki, gen 
mühəndisliyinin insan həyatı üçün təhlükəli olan nəticələri üzərində mora-
toriya qoyulsun. Bu moratoriyaya görə gen mühəndisliyinin müəyyən qi-
sim məsələlərinin tədqiqi müvəqqəti dayandırıldı. Həmin dövrdən etibarən 
bir sıra elmi nailiyyətlərin (əvvəllər çətin tapılan medikamentlərin 
sayınının çoxalması, insulin, boy hormonlarının, bir çox antibiotiklərin 


338 
aşkar edilməsi, kənd təsərrüfatı elminin nailiyyətləri, genləri 
dəyişdirməklə insanları ağır irsi xəstəliklərdən sağalmasını tə‟min edən 
üsullar və sair) praktiki həyata keçirilməsi ətrafında geniş mübahisələr 
davam etməkdədir. Xüsusən də yeyinti sənayesi və kimyada gen 
mühəndisliyi metodlarının tətbiqi əsasında biotexnologiyanın inkişafı, 
insanın genetikasında baş verən yüksəliş ilə əlaqədar 
həmin 
nailiyyətlərdə insanın və bəşəriyyətin gələcəyi üçün potensial təhlükə 
olduğu diqqət mərkəzinə keçdi.
Bu yeniliklər o qədər geniş və dərin xa-
rakter daşıyır və böyük tə‟sir gücünə malikdir ki, onun tətbiqində ekspe-
riment aparanın buraxdığı cüz‟i bir səhv, yaxud da laboratoriya işçilərinin 
işi bilməməsi üzündən yol verilən xırda bir qüsur gələcəkdə düzəldilməsi 
mümkün olmayan böyük nəticələrə və bədbəxtliklərə gətirib çıxara bilər. 
Bundan əlavə həmin elmi yeniliklərin hərbi məqsədlər üçün istifadə 
olunması təhlükəsi də mövcuddur. 
Yuxarıda deyilənlər sübut edir ki, hazırda elmi tədqiqatların 
aparılmasında mövcud 
olan sərbəstlik və azadlıq ilə
tədqiqatçının sosial 
mə‟suliyyətinin əlaqəsi problemi 
çox kəskin şəkildə qarşıda durur. Qeyd 
olunmalıdır ki, bu iki tərəfin dialektik əlaqəsinin yeni tərzdə 
mə‟nalandırılması və nəzərə alınması son dərəcə zəruridir. Bununla 
əlaqədar diskusiyalarda bə‟zən belə bir fikrə rast gəlinir ki, elmi axtarış 
azadlığı qorunub saxlanılmalıdır. Bu prinsip böyük tarixi ən‟ənəyə malik-
dir və doqmatizmə, cəhalətə və fanatizmə qarşı mübarizədə misilsiz rol 
oynamışdır. Həmin dövrlərdə də alimin mə‟suliyyəti mövcud olmuşdur. 
Bu mə‟suliyyət tədqiqatçının yoxlanılmış və əsaslandırılmış biliklər əldə 
etməsi və onların yayılmasında ifadə olunmuşdur. Tədqiqat azadlığı ilə 
mə‟suliyyət arasındakı o ən‟ənəvi münasibətlər bu gün də qorunub 
saxlanılmalıdır. Buna görə də güya elmi tədqiqat sərbəstliyi ilə 
mə‟suliyyətin əlaqəsi problemini şişirtməyə o qədər də ehtiyac yoxdur. 
Əslində bu qəbildən olan rə‟ylər günümüzün reallıqlarını lazımınca 
qiymətləndirmirlər. Bu günkü şəraitdə elmi axtarış azadlığı ilə 
mə‟suliyyətin münasibəti probleminin mahiyyəti köhnə məzmun ilə 
məhdudlaşa bilməz. O tamamilə yeni mə‟na və miqyaslar alır. Indiki 
dövrdə elmi azadlığın sərbəstliyini, mütləq elmi tədqiqatın gələcəkdə 
törədə biləcəyi müxtəlif (müsbət və mənfi istiqamətli) nəticələr 
kontekstində götürmək tələb olunur. 
Elmin sosial -etik problemlərinə dair müasir diskusiyalarada digər 
bir ifrat hədd də özünü göstərir. Onun tərəfdarları iddia edirlər ki, elmi 
tədqiqatların istiqamətləri və nəticələri üzərində ciddi nəzarət həyata 
keçirilməlidir. Burada heç bir azadlıqdan və sərbəstlikdən söhbət gedə 
bilməz. Hər şey vahid dövlət rəhbərliyinə tabe olmalıdır. Əlbəttə bu 


339 
qəbildən olan baxışlara da haqq qazandırmaq olmaz. O elmin hüdudlarını 
məhdudlaşdırır və onun inkişafına ciddi əngəl törədir. 
Odur ki, bu iki ifrat hədd arasında ağılla seçilmiş aralıq variantı 
məqbul hesab olunmalıdır. Söhbət ondan gedir ki, əsrlər boyu davam 
etmiş və mütərəqqi rol oynamış elmi tədqiqatın qeyri-məhdud şəkildə 
azadlığı ideyası bugünkü şəraitdə qeyd şərtsiz qəbul oluna bilməz. Bu 
azadlıq mütləq elmi fəaliyyətlə məşğul olanın sosial mə‟suliyyəti ilə 
əlaqələndirilməlidir. Mə‟suliyyətsiz azadlıq elmin inkişafı və bütövlükdə 
cəmiyyət üçün çox ağır nəticələr törədə bilir. buna görə də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin