336
Qeyd etməliyik ki, elmin etikası, idrakın etikası özü-özlüyündə elmi
tədqiqatlr üçün mötəbər kompas rolunu oynaya bilmir. Onlar sözün geniş
mə‟nasında hələ də elmin hərtərəfli kodeksi demək deyildir. Belə ki,
el-
min və idrakın etikası mövcud cəmiyyətin sosial, siyasi, iqtisadi və
ideoloji amilləri və dəyərləri ilə sıx bağlı olub, onlarla şərtlənir
.
Idrakın etikası həm də buna görə tam müstəqil dəyər,
bütün başqa
dəyərlərin ölçüsü ola bilməz ki, elmin gedişində əldə edilən obyektiv
həqiqətin özü xeyli dərəcədə nisbi xarakter daşıyır. Buradan aydın olur ki,
müasir elmin qarşısında duran çoxlu və
mürəkkəb problemlərin təkcə
idrakın etik prinsiplərindən çıxış etməklə həlli qeyri-mümkündür. Bunun
üçün həmin problemləri geniş kontekstdə, yə‟ni cəmiyyətin idealı və
etikası ilə əlaqədə götürmək lazımdır.
Deyilənlər idrakın etikasının sosial əhəmiyyət sferasını
müəyyən
edir. Elmi fəaliyyət insanların əxlaq davranışına, mə‟nəviyyatına çox
böyük tə‟sir göstərir. Lakin o mütləq mə‟na kəsb etmir, çünki ümumi hu-
manist istiqamətə -azad və hərtərəfli inkişaf etmiş insanın yetişdirilməsi
prosesinə tabe vəziyyətdə çıxış edir.
Qərbin böyük mütəfəkkirlərindən olan A.Şveytser göstərirdi ki, eti-
ka hər bir canlı üçün sonsuz dərəcədə mə‟suliyyət deməkdir. Insan
həyatına münasibətdə isə mə‟suliyyət hissi daha yüksəyə qalxır. «Mədəni
adamın idealı hər cür şəraitdə özünün əsl insanlığını
qoruyub saxlayan
insan idealından başqa bir şey deyildir».
1
Buna görə elmin gələcək inkişafı təkcə onun nəzəriyyə və
metodologiyasının təkmilləşdirilməsi ilə məhdudlaşmır. Bu işdə elmin
insana münasibətinin dəyişilməsi də son dərəcə zəruridir.
Dostları ilə paylaş: