332
zəruriliyini, eksperiment və müşahidə materiallarının sün‟i, məqsədyönlü
şəkildə saxtalaşdırmağın qeyri-mümkünlüyünü göstərir.
Lakin
elmin etikasının məzmunu
təkcə müxtəlif yasaq və norma-
lar ilə məhdudlaşmır. Burada məhz
elmi fəaliyyət üçün səciyyəvi
dəyərlərə əməl olunması əsas yeri tutur
. Belə dəyərlərdən ən mühümü
həqiqəti aşkar etmək üçün daim təmənnasız axtarış aparmaq və onu əldə
etdikdən sonra üzərində təkid etməkdir. Vaxtilə Aristotel tərəfindən
deyilmiş «Platon mənim dostumdur, lakin həqiqət mənim üçün daha
əzizdir» fikri indi həmişəkindən daha aktual səslənir. Bu fikrin dərin
mə‟nası ondan ibarətdir ki, elmi araşdırmalar apararkən tədqiqatçı nəyəsə
özünün şəxsən rəğbət və ya nifrət bəslədiyini, yaxud başqalarının
rə‟ylərini və keçici amilləri nəzərə almamalıdır. Onun yeganə məqsədi
elmi həqiqəti aşkar etməkdən ibarət olmalıdır. Bəşər fikri tarixində dövrün
bütün amansızlıqlarına sinə gərənlər və hətta elmi həqiqəti danmaqdansa,
ölməyi üstün tutanlar az olmamışdır j.De-Ark, I.Nəsimi, C.Bruno,
Q.Qaliley və onlarca digər mütəfəkkirlər ən ağır sınaqlar və əzablara
məruz qalsalar da öz əqidəsinə xəyanət etməmişlər.
Elmin etikası heç də hər bir tədqiqatın nəticələrinin mütləq həqiqi
olmasını tələb etmir. O bunu nəzərdə tutur ki, tədqiqat nəticəsində alınmış
bilik yanlış da ola bilər. Buna görə də etik normalar tələb edir ki, alınmış
nəticə yeni bilik olsun, köhnə müddəaları təkrarlamasın. Digər bir şərt
onun əsaslandırılmış olmasıdır (məntiqi və eksperimental cəhətdən). Bu
tələblərin yerinə yetirilməsi üstündə mə‟suliyyət bilavasitə tədqiqatçının
özünün üzərinə düşür. Buna görə də o öyrəndiyi sahəyə dərindən bələd
olmalı, çap olunmuş əsərlərində
Dostları ilə paylaş: