334
daşımır. Onun əhatə etdiyi problemlər bəşəriyyətin real praktiki
vəzifəsinə, həyati tələbatına çevrilir.
Bə‟zən belə fikir söylənilir ki, elm gerçəklik haqqında obyektiv bi-
lik verir. Onda xeyir və şər baxımından qiymətləndirmə yoxdur.
Doğrudur, elm ilə əxlaq (etika) tam eyni deyildir. Onlar arasında müəyyən
fərqlər və hətta ziddiyyətlilik də vardır. Lakin buna əsasən elmin tam «etik
neytral» olduğunu iddia etmək loğru olmazdı. Bu, elmin insana xidmət
etməyə yönələn mahiyyətinə məhəl qoymamaqdır.
Elmin etik normalarına riayət olunması
işində dünya alimlərinin
genişlənməkdə olan müxtəlif birlik və hərəkatları çox mühüm rol oynayır.
Bu hərəkatlar elmin inkişafı ilə bağlı etik və hüquqi normaların, məcəllə
və razılaşmaların tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata
keçirirlər.
Elmin etikanın normalarını əks etdirən kodeks və mətnlərə misal
olaraq 1977-ci ildə insan orqanizmində tibbi eksperimentlərin
aparılmasının
on əxlaqi, etik və hüquqi normaları əhatə edən Nürnberq
kodeksini, 1949-cu ildə qəbul edilmiş Beynəlxalq tibbi etika kodeksi,
Ümumdünya tibb assosiyasiyasının və Beynəlxalq tibbi elmi təşkilatlar
şurasının tibbi etikaya dair müxtəlif dövrlərdə
nəşr etdirdiyi sənədləri
göstərmək olar. Lakin elmin etik normaları gənc tədqiqatçılara daha çox
onların müəllimləri və sələfləri tərəfindən ötürülür.
Fəlsəfi və sosioloji ədəbiyyatda elmin normalarını yığcam şəkildə
ifadə etmək təşəbbüsləri də özünü göstərir. Bu baxımdan ingilis filosofu
R.Merton tərəfindən verilmiş təsnifat diqqəti cəlb edir. O göstərmişdir ki,
elmi normalar aşağıdakı dörd əsas dəyər üzərində qurulur:
Dostları ilə paylaş: