Sosial idrakın qnoseoloji tərəfi bunu ifadə edir ki, o həqiqi elmi
bilik verə bilərmi? Başqa sözlə bu tərəf aşağıdakıları əhatə edir: ictimai
hadisələrin dərk olunması formaları və mexanizmi, onun imkanları və
hüdudları, sosial idrakda ictimai praktikanın rolu və bu praktikada dərk
edən subyektin şəxsi təcrübəsinin əhəmiyyəti, konkret sosioloji
tədqiqatların və eksperimentlərin sosial bilik əldə edilməsində rolu.
Nəhayət
sosial idrakın aksioloji (dəyərlər vasitəsilə qiymətləndirmə) tərəfi də mühümdür. Bu tərəf sosial idrakın spesifikliyi
ilə sıx bağlıdır. Belə ki, dəyərlər mövqeyindən yanaşma bir çox cəhətdən
müxtəlif subyektlərin (fərdlərin və sosial birliklərin) malik olduğu
dəyərlərdən, ehtiras və mənafelərindən asılıdır. Buna görə də sosial
idrakın dəyərlərlə münasibəti birmə
'
nalı izah olunmur. Bə
'
ziləri belə hesab
edir ki, sosial idrakda dəyərlər momentinin iştirakı onun elmiliyini heçə
endirir. Digər bir mövqe isə göstərir ki, idraki tərəf ilə dəyər tərəfi bir-
birinə qarşı durmur. Onlardan biri digərini tamamlayır və beləliklə də so-
sial həyatı daha dərindən öyrənməyə imkan verir.
Nəhayət sosial idrakın spesifikliyi təhlil olunarkən onun sosial- ta-
rixi şərtlənməsi (cəmiyyətin mövcud maddi və mə
'
nəvi həyat səviyyəsi,
onun sosial strukturu və sair) nəzərə alınmalıdır.
Yuxarıda deyildiyi kimi sosial idrakın mühüm bir xüsusiyyəti bu-
dur ki,
o insanların fəaliyyətinin təhlilinə yönəlir . Bəs fəaliyyət nədir?
Fəaliyyət dedikdə insanların məqsədyönlü, dəyişdirici tə ' siri prosesi başa düşülür. Bu prosesdə həm tə
'
sirin yönəldiyi obyekt, həm də onun
subyekti, yə
'
ni insanın özü dəyişilir. Göründüyü kimi fəaliyyət bir tərəfdən
ətraf mühitin dəyişdirilməsi, digər tərəfdən isə insanların özünün
yeniləşməsi deməkdir. Qeyd olunmalıdır ki, subyekt ilə obyektin qarşılıqlı
tə
'
sirini ifadə etdiyi üçün fəaliyyət obyektiv məzmuna malikdir. Buradan
343
aydındır ki, fəaliyyəti əks etdirən sosial bilik də obyektiv xarakter daşıya
bilir.
Insanların fəaliyyəti ətraf mühiti yeniləşdirməklə bitmir. Bu
prosesdə həm də spesifik sosial mühit formalaşır.