Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


öyrənilməsi də burada əsas yeri tutur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə383/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   379   380   381   382   383   384   385   386   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

öyrənilməsi də burada əsas yeri tutur.
 
Buradan sosial idrakın 
digər bir xüsusiyyəti irəli gəlir: 
ictimai 
həyatın dərk olunmasında insanın şəxsi keyfiyyətləri, öyrənmək istədiyi 
problemə münasibəti güclü tə
'
sir göstərir. Özü də bu tə
'
sir həm müsbət, 
həm də mənfi istiqamətdə ola bilir. Birinci hal dərk etmə prosesi 
sür
'
ətləndirir və onun səhihlik dərəcəsini yüksəldir. Ikinci halda isə sosial 
idrak ləngidilə və saxtalaşdırıla bilir. 
Sosial idrakın növbəti xüsusiyyəti
onun obyektinin son dərəcə 
mürəkkəb olması ilə bağlıdır. Cəmiyyətdə gedən proseslər təbiətdə baş 
verən hadisələr ilə müqayisədə daha rəngarəngdir. Onlar həm də təkrar 
olunmazlığı ilə seçilir. Bununla yanaşı ictimai həyat hadisələri bir- birilə o 
qədər yaxın və çulğalaşmış vəziyyətdə çıxış edir ki, onlar arasındakı sabit 


344 
əlaqə və meylləri, qanunauyğunluqları aşkar etmək o qədər də asan olmur. 
Digər tərəfdən təbiət elmlərindən fərqli olaraq sosial bilik təkcə maddi 
münasibətləri öyrənməklə kifayətlənmir, O həm də insanların daxili 
dünyasını, şüurunu, onlar arasında mə
'
nəvi, ideal və ideoloji əlaqə və 
münasibətləri təhlil edir. 
Cəmiyyət həyatının yuxarıda qeyd 
olunan özünəməxsus cəhətləri 
sosial idrakın istifadə etdiyi metodlarda da özünü göstərir.
Əlbəttə, 
elmi idrakın ümumməntiqi və digər metodları burada da fəaliyyət göstərir. 
Söhbət onların spesifik formada təzahüründən gedir. 
Müasir sosial idrakın əsas ümumelmi metodları aşağıdakılardır: sis-
temli- struktur təhlil metodu; tarixi- genetik metod; substrat- hadisəvi me-
tod; humanitar- şəxsiyyət mövqeyindən yanaşma metodu. Bu metodlardan 
birgə istifadə etdikdə sosial idrakın obyektini bütün hərtəfliliyi ilə və 
dərindən öyrənmək mümkündür. 
Indi də həmin metodları ayrılıqda izah edək. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin