Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə384/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   380   381   382   383   384   385   386   387   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sistemli- struktur 
təhlil metodu
o deməkdir ki, cəmiyyəti sadəcə olaraq müxtəlif əlaqələrin 
və münasibətlərin məcmusu kimi götürmək doğru deyildir. Ona 
qanunauyğun və sabit əlaqələrin sahmanlı düzülüşünü ifadə edən canlı 
orqanizm kimi baxmaq tələb olunur. Bu o deməkdir ki, ona sistemin struk-
turu kimi yanaşmaq lazımdır. Yuxarıda qeyd olunduğu kimi sistem 
ünsürlərin (elementlərin) qarşılıqlı əlaqəli, sahmanlı düzülüşü, strukturu və 
mütəşəkkilliyi deməkdir. Sistemin ünsürləri kimi predmetlər, hadisələr, 
əlaqə və münasibətlər, bir sözlə onun təşkil edən ilkin təhlil vahidləri 
götürülür. Cəmiyyət müxtəlif səviyyələri və tərəfləri əhatə edən bütöv bir 
tam kimi, yekcins bir bütövlük kimi çıxış edir. Sosial idrakın bu metodu 
öyrədir ki, hər cür elementlər və ünsürlər çoxluğu hələ bütövlük demək 
deyildir. 
Çoxluğun 
bütövlüyə çevrilməsi üçün onun ünsürləri 
diferensiasiyalı xarakter daşımalıdır. Sistemin ünsürləri nə qədər çox dife-
rensiasiyaya uğrayırsa, onun bütövlüyü də bir qədər möhkəm olur. 
Bütövlük keyfiyyətinə malik olan sosial sistemin tərəfləri arasında əlaqə 
və münasibətlər qeyri- xətti qaydada düzülür. Onlar qarşılıqlı surətdə bir- 
birinə tə
'
sir göstərirlər. Sosial reallıqda hadisələr və proseslər bir- birilə 
tabeçilik (subordinasiya) və qarşılıqlı əlaqə (koordinasiya) 
münasibətlərində çıxış edir. Sosial həyatın bütövlüyü və vəhdəti obyektiv 
səciyyə daşıyır və insanların fəaliyyətinin xarakteri ilə müəyyən olunur. 
Sosial idrakda sistemli- struktur təhlil metodunun tətbiqi 
bütünlükdə ümumbəşər tarixini öyrənmək, digər tərəfdən isə onun bu və 
ya digər mərhələsini dərindən araşdırmaq imkanı verir. 
Ikinci- 
tarixi- genetik metod
birinci ilə sıx bağlıdır. Əslində bu 
metod sosial proseslərin yaranması və inkişafına zaman səpgisi 
baxımından yanaşılmasını ifadə edir. Beləliklə də tarixi- genetik metod 


345 
sistemli- struktur təhlil metodunu bir növ tamamlayır. Belə ki, sistemli- 
struktur təhlil metodu cəmiyyəti mürəkkəb sistem kimi araşdırır, onun 
fəaliyyəti mexanizmlərini tədqiq edir. Lakin bu metod sosial reallığı ya-
ranma və inkişaf halında götürmür. Tarixi- genetik metod isə onun bu 
məhdudluğunu aradan qaldırır. Tarixi- genetik metodun mahiyyəti ictimai 
həyat hadisələrinin keçmişini, bu gününü və gələcək inkişaf meyllərini 
araşdırmaqdır. Bu metodun tarixiliyə əsas diqqət yetirməsi çox mühüm 
əhəmiyyət kəsb edir. Belə ki, o bir tərəfdən sübut edir ki, ictimai sistemin 
indiki vəziyyəti onun keçmişi ilə şərtlənir, ondan ayrılmazdır. Digər 
tərəfdən isə tarixi yanaşma tələbi ictimai reallığın müasir vəziyyətini əbədi 
və dəyişməz hesab etməyin mə
'
nasızlığını göstərir. O sübut edir ki, 
cəmiyyətin hər bir vəziyyəti müvəqqəti xarakter daşıyır, o dəyişilir.
Tarixilik prinsipi əslində öyrənilən obyektə konkret yanaşmanın 
zəruriliyi haqqında metodoloji tələbin zaman baxımından ifadəsi 
deməkdir. Bu metoda əsasən sosial idrak cəmiyyətə birdən- birə yaranan 
obyekt kimi baxmır, onu daim dəyişilmə və təkmilləşmədə, inkişafda olan 
proses kimi götürür. 
Üçüncü metodun- 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   380   381   382   383   384   385   386   387   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin