351
(fərdlərin) məcmusu, onların şüuru və iradəsinin məhsulu kimi təsəvvür
olunur.
Yuxarıda göstərilən hər iki mövqe
özü özlüyündə əhəmiyyətli ol-
salar da, ayrı- ayrılıqda birtərəfli xarakter daşıyır
. Buna görə də onlara
əsaslanmaqla insan- cəmiyyət münasibətlərini dəqiq izah etmək qeyri-
mümkündür. Yalnız
bu baxışların müsbət cəhətlərini əlaqələndirmək
yolu ilə sosial həyatı dərindən dərk etmək olar
. Qeyd edək ki, bu vəzifə
(yuxarıda izah olunan iki mövqeyi əlaqələndirmək) o qədər də asan deyil-
dir. Çünki, ayrılıqda götürülən insan təkbaşına yaranmamışdır, o
insanların birgə tarixinin məhsuludur. Digər tərəfdən isə hər bir insan öz
həyatını yaşamaqla yanaşı, həm də insanların ümumi birgə tarixində
müəyyən iz buraxır. Istənilən sosial hərəkət iki tərəfi əhatə edir. Birinci
insandan kənarda olan, yə‟ni obyektivləşdirilmiş tarix hesab olunur. Bu
tarix uzun illər ərzində insanların birgə yaratdıqları əşyalarda, maşınlarda,
binalarda, kitablarda, habelə adətlərdə, hüquq və əxlaq normalarıda,
çoxsaylı təşkilatlarda və insanların qarşılıqlı tə‟sirinin həyata keçirildiyi
digər formalarda təcəssüm olunur. Ikinci tərəf isə bilavasitə həmin insanın
özündə olan, onunla bağlı tarixdir, yə‟ni onun ümumi sosial prosesə ver-
diyi töhfədir.
Hətta, ilk nəzərdə daha çox təbiətin məhsulu kimi görünən insan
bədəni də cəmiyyətin tarixindən kənarda mövcud ola bilməz. Çünki
bədənin özü, üzvi təbiətdə gedən proseslərlə sosial- tarixi və mədəni
inkişafın vəhdətinin məhsuludur.
Bütün bu amillər birlikdə (habelə kütləvi informasiya vasitələri və
təhsil sistemi də daxil olmaqla) insanın həyat manerasını, düşüncə və
fikirlərini müəyyən edir. Lakin insanın sosial keyfiyyətləri daim inkişaf
edir. O, zaman keçdikcə yeni-yeni cəhətlər əldə edir, onun dili və davranış
vərdişləri təkmilləşir. Bir sözlə insanın sosiallaşması deyilən ümumi pros-
es özünü göstərir.
Dostları ilə paylaş: