348
öyrənərkən ideallaşdırma daha çox zəruridir. Bu öyrənilən obyektin son
dərəcə mürəkkəb olmasından irəli gəlir. Ideallaşdırma öyrənilən hadisə və
prosesləri sadələşmiş şəklə salmağa, onları təsadüflərdən və ikinci dərəcəli
əhəmiyyət kəsb edən amillərdən təmizləməyə imkan verir. Obyekt xalis
şəkildə, təsadüflərdən və ardımçı ünsürlərdən təmizlənmiş şəkildə
götürülür. Beləliklə də onların mahiyyətini və inkişaf istiqamətlərini,
meyllərini aşkar etmək asanlaşır.
Bununla birlikdə göstərilməlidir ki, sosial idrakda şərti priyomların
tətbiqi müəyyən qədər ziddiyyətli xarakter daşıyır: onlar bir tərəfdən
reallığı yaradıcı surətdə,
obyektiv- həqiqi əks etdirmək
üçün zəruridir,
digər tərəfdən isə şərtiliyin rolu cüz
'
i olaraq şişirdildikdə sosial biliyin
idraki əhəmiyyəti azalır və heçə enir.
Deyilənlər sübut edir ki, sosial həyat son dərəcə mürəkkəb və
çoxpilləli xarakterə malik olduğu üçün onun öyrənilməsi də müəyyən
çətinliklər yaradır.
Sosial idrakın obyektiv çətinlikləri ilə yanaşı
müəyyən subyektiv xarakterli çətinlikləri də vardır
. Burada idrakın
subyekti olan insan müxtəlif ictimai əlaqələrə cəlb olunmuş halda çıxış
etsə də, özünün fərdi təcrübəsinə və intellektinə, tələbat və mənafelərinə,
dəyərlərinə malikdir. Buradan aydın olur ki, sosial idrakı
səciyyələndirərkən onda şəxsiyyət amilinin mühüm rolu göstərilməlidir.
Dostları ilə paylaş: