Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə386/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   382   383   384   385   386   387   388   389   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

burada həqiqətin 
özünəməxsusluqlarının açılmasıdır.
Həqiqət haqqında yuxarıda söylənilən ümumi müddəalar sosial 
həqiqətə də aiddir. Lakin sosial reallığın spesifikliyi, burada həqiqətin bir 
sıra özünəməxsus cəhətlərini şərtləndirir. Hər şeydən əvvəl ictimai 
həyatda subyekt ilə obyektin sıx əlaqəli olması üzündən burada 
həqiqət 
obyekti ona subyektin fəal tə
'
siri baxımından əks etdirir
. Sosial obyekt 
insanların fəaliyyəti məhsulu olduğuna və özünə subyekti də daxil etdiyinə 
görə burada obyektiv həqiqətin məzmunu subyektdən kənar deyildir. 
Başqa sözlə sosial idrakda həqiqətin məzmununda, obyektiv və subyektiv 
tərəflər özünəməxsus şəkildə qovuşur. Digər tərəfdən, burada həqiqətin 
məzmununda obyektiv ilə subyektiv, dialektik əksliklər kimi çıxış edir. 
Obyektiv ilə subyektivin qarşılıqlı münasibəti konkret ictimai biliklərdə 
spesifik formada təzahür edir. (Məsələn, dildə, psixi hadisələrdə, hüquqi 
normalarda və s.) 
Sosial idrakda, xüsusən də onun bə
'
zi növlərində obyektiv həqiqətin 
digər 
bir xüsusiyyəti onun konkret- hadisə xarakteri daşımasıdır
.
Bu-
rada fərdi, konkret hadisələr qanunauyğunluğun özünəməxsus nümunəsi 
kimi çıxış edir. Çünki sosial tarix insan fəaliyyətinə aid hadisələrin bir- 
birini əvəz etməsindən ibarət prosesdir. Həmin hadisələrin mahiyyətini 
dərk etmək üçün onların arxasında gizlənən daxili münasibətləri aşkar 
etmək tələb olunur. Beləliklə sosial həqiqətin dialektikası ümuminin, 
xüsusinin və təkcənin vəhdəti kimi çıxış edir.
Sosial idrakda obyektiv həqiqi biliyin spesifikliyini həm də 
onun 
sosial- tarixi şərtlənməsi baxımından aşkar etmək olar
. Mə
'
lumdur ki, 
biliyin inkişafının və deməli obyektiv həqiqətin formalaşmasının əsasını 
praktika, insanların fəaliyyəti təşkil edir. Sosial idrakda praktikanın bü 
mühüm rolu sosial- tarixi mə
'
na kəsb edir. Ona həm də mövcud sosial 
struktur, sosial qrupların və etniki birliklərin mənafeləri də müəyyən tə
'
sir 


347 
göstərir. Deməli, burada biliyinin məzmununda ideoloji- dünyagörüşü 
tərəfi əhəmiyyətli yer tutur. 
Sosial idrakda obyektiv həqiqətin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin