digər bir xüsusiyyəti onun di- namikliyidir . Burada idrak obyekti, hərəkətdə inkişaf halında öyrənir.
Doğrudur o əsasən obyektin indiki vəziyyətini əks etdirir. Lakin o bununla
məhdudlaşmır. Məsələ bundadır ki, sosial obyektin indiki vəziyyəti, onun
keçmişi və gələcəyi ilə sıx bağlıdır. Odur ki, indiki vəziyyəti əks
etdirərkən həqiqət həm də keçmişin, indinin və gələcəyin əlaqələrinə aid
olur.
Sosial
həqiqətin başqa bir xüsusiyyəti burada obyektiv biliyi əldə
etməyin çox çətin olması ilə bağlıdır. Belə ki, sosial biliyin inkişafı bir-
birilə əks baxışların, nəzəriyyələrin mübarizəsi və yeniləşməsi yolu ilə
gedir. Buna görə də nəzərdə tutulmalıdır ki, burada həqiqətin meyarı kimi
fərdi təcrübə, birdəfəlik yoxlama aktı deyil, tarixi ölçüdə götürülən
ictimai praktika çıxış edir. Lakin praktika sosial həqiqətin nisbi meyarıdır, bu
mə
'
nada ki, o biliyin yalnız müəyyən tarixi şərait üçün həqiqi olduğunu
göstərir. Odur ki, burada praktika meyarı bir tərəfdən kifayət qədər dəqiq
xarakter daşıyırsa, digər tərəfdən xeyli dərəcədə qeyri- müəyyəndir.
Sonra, cəmiyyət haqqında həqiqi bilik mövcud cəmiyyətin və
tədqiqatçının
malik olduğu sosial mədəni dəyərlər ilə çox sıx bağlıdır.
Bu dəyərlər həm öyrənilən problemə yanaşılmasında, onun
araşdırılmasında, həm də tədqiqatın nəticələrinin izah olunmasında çox
mühüm rol oynayır. Onlar necə deyərlər, tədqiqat fəaliyyəti üçün zəruri
olan emosional- psixoloji əhval- ruhiyyəni müəyyən edir. Sosial bilikdən
fərqli olaraq təbii elmi tədqiqatlarda isə mövcud sosial- mədəni dəyərlərlə
əlaqə bilavasitə deyil, dolayısı ilə özünü göstərir.
Sosial biliyə dəyərlə əlaqəlilik səpkisindən yanaşdıqda burada
həqiqət ilə idealın spesifik qarşılıqlı münasibətləri aşkara çıxır. Belə ki,
sosial idrak təkcə ictimai reallığı təsvir etmək və izah etməklə
məhdudlaşmır. Onun mühüm bir vəzifəsi həm də real mövcud olan ilə
normativ, ideal planda olmalı olan arasında əlaqə yaratmaqdır. Bu
mə
'
nada sosial həqiqət həm də cəmiyyətin idealını ifadə etməyə yönəlir.
Onun mühüm bir keyfiyyətini sosial ədalətə doğru istiqamətlənməsi təşkil
edir.
Sosial