sosial determinizm (so-
sial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli
nəzərə alınması); 2)
tarixilik prinsipi (ictimai həyatı dəyişmə və dinami-
kada götürmək); 3)
varislik prinsipi (mühafizəkar və novator tərəflərin
ayırd edilməsi); 4)
sosial ziddiyətlərin aşkar edilməsi və onlara ictimai
proseslərin inkişaf mənbəyi kimi yanaşılması.
Sosial fəlsəfənin müasir səviyyəsini aydın dərk etmək üçün onun
son iki əsrdə keçdiyi yola qısa da olsa nəzər salmaq lazımdır.
Cəmiyyət haqqında fikirlər hələ qədim dövrlərdə irəli sürülmüşdür. Lakin bitkin nəzəri sistem kimi sosial fəlsəfə öz başlanğıcını XIX əsrin 40-cı illərindən götürür . Cəmiyyət haqqında
tə‟limi (sosiologiya) ilk dəfə O.Kont (1798-1857) yaratmışdır. O, bu elmi
həm də sosial fəlsəfə adlandırmışdır. Kont cəmiyyəti ayrı- ayrı fərdlərin
mexaniki məcmusu hesab edən baxışlara qarşı çıxmışdır. O, cəmiyyətə
bütöv sosial orqanizm kimi yanaşırdı. Kont cəmiyyətin müxtəlif
tərəflərinin qarşılıqlı əlaqələrini ifadə etmək üçün «sosial statika»
anlayışını irəli sürdü. Cəmiyyətin inkişafı mexanizmini açmaq üçün isə
«sosial dinamika» anlayışını tətbiq etdi. Kont öz fəlsəfəsini pozitivist
adlandırırdı. Belə hesab edirdi ki, bu fəlsəfə tamamilə elmin
məlumatlarına və müşahidələrinə əsaslanır. O, cəmiyyətin inkişafını
qanunauyğun proses kimi təsəvvür edirdi və «bəşəriyyətin intellektual
təkamülünün böyük əsas qanununu» irəli sürmüşdü. Həmin qanuna görə
insanların idraki fəaliyyəti və nəticə etibarilə bəşəriyyətin tarixi öz
inkişafında üç mərhələdən keçir: teoloji, metafizik və pozitivist. Birinci
mərhələdə dini mifoloji şüur hökmranlıq edirdi. Insanların xarici aləmə
münasibəti, əxlaqı və digər gündəlik problemləri din əsasında müəyyən
olunurdu. Metafizik mərhələ reallıq hadisələrinin dərk olunmasına
yönəlmişdir. Lakin bu mərhələdə bir çox hadisələrin konkret mahiyyəti
açılmır. Nəhayət, üçüncü, pozitiv mərhələdə insan şüurunun mühakimələri
və nəticələri daha çox elmi müşahidələrə əsaslanır.
Cəmiyyətə bütöv sosial orqanizm kimi yanaşılması H.Spenser
(1820- 1903) tərəfindən davam etdirilmişdir.