Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Insanın  həyatı sosial zərurətdən kənarda getmir. Ona müxtəlif sosial determi-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə403/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   399   400   401   402   403   404   405   406   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

 Insanın 
həyatı sosial zərurətdən kənarda getmir. Ona müxtəlif sosial determi-
nantlar təsir edir:
1) kapital (təkcə maliyyə nəzərdə tutulmur, həm də 
sosial və mədəni kapital, nemətlər başa düşülür), 2) ictimai istehsala 
münasibətə görə mövqe (peşə növü, məşğuliyyət forması və onlardan irəli 


360 
gələn digər determinasiyalar), 3) insanın daxil olduğu sosial əlaqələrin 
tipi, 4) fərdin mənsub olduğu qrupun tarixi, 5) fərdin özünün tarixi.
1
Tarixə dialektik baxış öyrədir ki, zərurət nəticə e„tibarı ilə bir sıra 
təsadüflər vasitəsilə özünə yol açır. Bu sonuncular isə zərurətin 
tamamlanması və təzahür forması kimi çıxış edir. 
Sosial fəlsəfə ictimai həyatda zərurəti göstərməklə yanaşı, həm 
də azadlıq anlayışının mühüm rolunu qeyd edir
. Bu tə„limə görə ob-
yektiv qanunauyğunluğun və zərurətin qəbul edilməsi insanların şüurlu 
fəaliyyətini, azadlıq və təşəbbüskarlığını inkar etmir. Zərurət ilə azadlığı 
bir- birinə qarşı qoymaq doğru deyildir. Başqa sözlə deyilsə, həm tarixi 
qanunların fetişləşdirilməsi, həm də mütləq azadlıq iddiaları yol 
verilməzdir. 
Azadlıq anlayışına konkret tarixi planda yanaşmaq lazımdır. Bu 
əsasdan çıxış edərək göstərmək olar ki, insan azadlığın həddləri hər bir 
tarixi inkişaf mərhələsinin xarakteri və yaratdığı imkanlarla şərtlənir. 
Ictimai inkişafda obyektiv ilə subyektivin, tarixi qanunauyğunluq 
ilə insanların şüurlu fəaliyyətinin dialektikasını izah edərkən 
şüurluluq, 
kortəbiilik və mütəşəkkilliyin 
nisbəti də nəzərdən keçirilməlidir. 
Şüurluq dedikdə ictimai həyatda əvvəlcədən qarşıya qoyulmuş plan 
üzrə məqsədyönlü fəaliyyət nəzərdə tutulur. Bu cür fəaliyyətin nəticəsində 
insanların ideya və istəkləri reallaşır. 
Ictimai həyatda şüurlu surətdə tənzim olunan proseslərdən fərqli 
olaraq kortəbiilik o deməkdir ki, insanlar öz praktiki fəaliyyətində 
irəlicədən mə„lum olmayan və bilinməyən, planlaşdırılmayan nəticələrə 
gəlib çıxırlar. Bu halda real proseslər insanların iradəsi üzrə getmir. 
Bə„zən də həmin nəticələr onların iradə və istəyinin əksinə, yəni 
gözlədikləri və ümid bəslədiklərindən tamamilə başqa olur. 
Beləliklə, cəmiyyətdə şüurluluq və kortəbiiliyin fərqi o demək 
deyildir ki, ikinci halda sosial proseslər şüurdan keçməyərək baş verir. 
Məsələni bu cür hərfi anlamaq düzgün olmazdı. Belə ki, şüur və iradə 
insanın hər cür fəaliyyətinin zəruri tərəfidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin