Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


partiyaların və hakimiyyətlərin ümumi axınına qovuşur. Bu ümumi axında



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə399/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   395   396   397   398   399   400   401   402   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə


partiyaların və hakimiyyətlərin ümumi axınına qovuşur. Bu ümumi axında 
yeniliklə köhnəliyin, mütərəqqi ilə mürtəcenin, doğru ilə yalan ideyaların 
mübarizəsi baş verir. Ictimai həyatda həm də müxtəlif fərdi və qrup 
mənafeləri, sinfi, milli və dövlətlərarası mənafelər daim toqquşmada da-
vam edir. Müxtəlif qəbildən olan ehtiraslar və hisslər (xeyir, şər qəzəb, 
nifrət, sevgi və sair) coşub daşır. Bütün bu rəngarəngliyə və çoxtərəfliliyə 
baxmayaraq cəmiyyət həyatı qanunauyğun proses kimi cərəyan edir. La-
kin 
tarixi qanunauyğunluq insanların şüurlu fəaliyyətindən kənarda 
deyil, onunla sıx əlaqədə özünü göstərir
. Əlbəttə bu, ictimai qanunların 
obyektiv xarakterini, yə‟ni insanların şüur və iradəsindən asılı olmadığını 
inkar etmir. Beləliklə ictimai qanunlar insanların cəmiyyətində, onların 
fəaliyyəti nəticəsində yaranır. Lakin qanunlar yarandıqdan sonra 
insanların fəaliyyəti onlara tabe olur. Insanlar bu qanunlara fərdidən 
yüksəkdə duran mahiyyət kimi baxırlar. Ictimai inkişaf qanunları dedikdə 
cəmiyyətdəki hadisələr arasında obyektiv, mühüm, zəruri və təkrarlanan 
əlaqələr başa düşülür. Onlar sosial inkişafın əsas istiqmətlərini 
səciyyələndirirlər. Belə qanunlara misal olaraq aşağıdakıları göstərmək 
olar: maddi və mə„nəvi ne„mətlərin çoxalması ilə tələbatların artması qa-
nunu, istehsal ilə tələbatların dialektik vəhdəti qanunu, tarixi tərəqqi 
gedişində subyektiv amilin rolunun artması qanunu və sair.
Ictimai 
qanunlar təbiət qanunları ilə müəyyən ümumi və fərqli 
cəhətlərə malikdir
. Əvvəlcə ümumi əlamətləri qeyd edək. Həm təbiət 
qanunları, həm də cəmiyyət qanunları obyektiv xarakter daşıyır, yə„ni 
insanların şüur və iradəsindən asılı olmayaraq mövcuddur. Obyektivlik 
həm də bunda təzahür edir ki, hər iki növ qanunlar insanların onları dərk 
edib etməməsindən asılı olmayaraq fəaliyyət göstərir. Lakin insanlar 
qanunları öyrənmək əsasında öz fəaliyyətində onlardan şüurlu və 
məqsədyönlü istifadə edə bilirlər. 


357 
Bu ümumi cəhətləri ilə yanaşı təbiət və cəmiyyət qanunları arasında 
müəyyən fərqlər də vardır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin