Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə396/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   392   393   394   395   396   397   398   399   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Spenser təkamül 
problemlərinin o cümlədən sosial təkamülün əsas momentlərini 
ayırırdı
. Onun fikrincə sadədən mürəkkəbə keçid (inteqrasiya); 
yekcinslikdən rəngarəngliyə (differensiasiya) doğru və qeyri- 


354 
müəyyənlikdən müəyyənliyə doğru (nizamın artması) keçid baş verir. O, 
özünün «cəmiyyətin üzvü quruluşu» nəzəriyyəsində isə cəmiyyətin 
inkişafında bioloji və sosial əsasların qarşılıqlı tə‟sirini göstərmişdir. 
Spenserə görə sosial təkamül prosesində insanların kollektiv fəaliyyətinin 
və müxtəlif növlü sosial institutların əhəmiyyəti artır. Kont kimi 
H.Spenser də 
cəmiyyətin müvazinəti, harmoniyası və stabilliyi 
problemlərini irəli sürmüşdü. Onun fikrincə sosial müvazinət insanların 
uyğunlaşma hərəkətlərinin, onların mənafelərinin ahəngdarlığının 
nəticəsidir. Bu amillər cəmiyyətdə sabitliyin yaradılmasında mühüm yer 
tutur.
Sosial fəlsəfənin inkişafına K.Marks və F,Engelsin yaratdığı 
tə‟lim mühüm töhfə vermişdir.
Onlar cəmiyyətə ictimai əlaqələrin və 
münasibətlərin məcmusu kimi yanaşırdılar. Marksizmə görə insanların 
fəaliyyətinin əsasını maddi istehsal təşkil edir. Bu təlimdə ictimai varlıq 
ilə ictimai şüurun qarşılıqlı tə‟siri, ictimai- iqtisadi formasiya anlayışı kimi 
məsələlər işlənmişdir.
Sosial 
fəlsəfənin inkişafında M.Veber (1864- 1920) xüsusi yeri 
tutur
. O, sosial fəlsəfəni nəzəri sosiologiya kimi səciyyələndirirdi. Veber 
göstərirdi ki, sosial fəlsəfə insanın və insan qrupunun davranış və 
fəaliyyətini öyrənməlidir. Buradan çıxış edərək o, sosial fəlsəfənin əsas 
müddəalarını özünün yaratdığı sosial hərəkət nəzəriyyəsinə daxil edirdi. 
Veberə görə sosial hərəkətlər insanların şüurlu, başa düşülən qarşılıqlı 
təsiri sistemidir. Bu qarşılıqlı təsirdə hər bir insan öz hərəkətlərinin başqa 
insanlara təsirini və onların da müvafiq cavab reaksiyalarını nəzərə alır. 
Özünün «anlayan sosiologiya» təlimində Veber göstərirdi ki, subyektlərin 
sosial hərəkətlərinin daxili aləminin başa düşülməsi, həm anlayışlar 
vasitəsilə mənalandırıla bilər, həm də emosional- psixoloji səviyyədə baş 
verə bilər. Veberin sosial fəlsəfəsində ideal tiplər konsepsiyası mühüm yer 
tutur. O, ideal tip dedikdə insana ən çox faydalı olan, onun mənafelərinə 
obyektiv surətdə uyğun gələn modeli nəzərdə tuturdu. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin