361
kimin irəlicədən görmədiyi və nəzərdə tutmadığı şəkildə reallaşır. Ikinci
halda isə bu tələbat insanların məqsədyönlü fəaliyyəti ilə həyata keçirilir.
4. Cəmiyyət özüinkişaf edən sistemdir
Ümumi planda yanaşdıqda cəmiyyət insanların, sosial birliklərin və
onların qarşılıqlı münasibətlərinin məcmusudur. Lakin cəmiyyət ayrı- ayrı
insanların mexaniki məcmusu deyildir, sahmanlı struktura malik olan
bütöv bir sistemdir. Cəmiyyətin bu münasibətdə izahında iki yanlış mövqe
mövcuddur. Onlardan
birincisi,
sosial nihilizm
göstərir ki, yalnız ayrı-
ayrı insanlar və fərdlər mövcuddur. Ictimai əlaqələr və bütövlükdə
cəmiyyət adlı reallıq yoxdur. Cəmiyyət anlayışı yalnız əlverişli olduğu
üçün işlənilən fiksiyadır. Bu qəbildən olan individualist yanaşma
anarxizmə gətirib çıxarır. Anarxizm isə cəmiyyətdə ictimai əlaqələri, icti-
mai təşkilatların və dövlətin əhəmiyyətini inkar edir.
Ikinci yanlış baxış
cəmiyyətdə kollektivizmin
rolunu həddən artıq şişirdir. Onun tərəfdarları
iddia edirlər ki, yalnız bütöv bir tam kimi götürülən cəmiyyət, dövlət
mövcuddur. Ayrı- ayrı insanlar isə elə bir əhəmiyyət kəsb etmir, sadəcə
olaraq ümuminin hissəcikləri kimi çıxış edirlər.
Əslində real cəmiyyət son dərəcə müxtəlif tərəflərin,
yarımsistemlərin və elementlərin (ayrı- ayrı insanların) qarşılıqlı əlaqəli
sistemidir. Cəmiyyətdə insanlar sonsuz sayda əlaqələrdə və qarşılıqlı
təsirdə çıxış edirlər. Nəticədə bütöv sistem, vahid orqanizm qərarlaşır.
Dostları ilə paylaş: