Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


iqtisadi sferanın cəmiyyətin inkişafına tə'siri; iqtisadi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə412/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   408   409   410   411   412   413   414   415   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

iqtisadi sferanın cəmiyyətin inkişafına tə'siri; iqtisadi 
sferada obyekt- subyekt münasibətləri
; iqtisadi münasibətlər ilə iqtisadi 
mənafelərin əlaqəsi (müxtəlif birlik formalarının mənafeləri); 
iqtisadi sfe-
ra ilə dövlətin 
münasibətləri və sair. Bu məsələlərin rolu təkcə sırf iqtisa-
di sfera ilə məhdudlaşmır, bütöv bir tam kimi götürülən cəmiyyət sistemi-
ni əhatə edir, buna görə də sosial- fəlsəfi xarakter daşıyır. 
Sosial fəlsəfədə iqtisadi sferanın öyrənilməsi o dərəcədə 
əhəmiyyətli yer tutur ki, hətta son dövrlərin fəlsəfi 
ədəbiyyatında iqtisadi 
fəlsəfə anlayışı geniş yayılmaqdadır
.
1
Iqtisadi fəlsəfə sosial fəlsəfə 
sisteminə xüsusi bir hissə kimi daxildir. O cəmiyyətin iqtisadi həyatına 
özünün spesifik nöqteyi- nəzərindən yanaşır. 
Göstərilməlidir ki, sosial fəlsəfə istehsalın texnologiyasını, müxtəlif 
məhsulların hazırlanması üsullarını və insanların təsərrüfat fəaliyyətinin 
maddi tərəfini öyrənmir. O öz diqqətini əmək məhsullarına müəyyən icti-
mai forma verən, ayrı- ayrı insanlar ilə cəmiyyətin əlaqəsi üsullarını 
müəyyən edən məsələlərə yönəldir. 
Qeyd edək ki, ümumi mə'nada iqtisadiyyat dedikdə insan nəsli ilə 
təbiət arasında fərdlərin və ictimai birliklərin şüurlu fəaliyyətindən 
keçərək baş verən maddələr mübadiləsi başa düşülür. Müasir dövrdə iqti-
sadi reallığın mənzərəsinin dəyişilməsinə uyğun olaraq iqtisadiyyat 
anlayışı da yeni məzmun kəsb edir. Bu günkü iqtisadi reallıq «sərvətlər 
1
Bax: Философия. V.Qubinin redaktəsi ilə. М.,1998, с.208. Спиркин А.Г. 
Философия. М., 2000, с.592 və s. 


369 
dünyası», «təsərrüfat mədəniyyəti dünyası» və «təsərrüfatçılıq edən sub-
yektin dünyası» kimi üç əsas elmi mənzərəni ifadə edir.
1
Iqtisadi həyatı öyrənən tə'limlər xeyli qədim tarixə malikdir. Onun 
əsasları Aristotel tərəfindən qoyulmuşdur. Yeni dövrdə bu tə'limi A.Smit, 
D.Rikardo inkişaf etdirmişlər. Iqtisadi tə'limin sonrakı inkişafı K.Marksın 
adı ilə bağlıdır. O dəyər nəzəriyyəsini təkmilləşdirmiş və izafi dəyər 
nəzəriyyəsini yaratmışdır. Təsadüfi deyildir ki, məşhur amerikan professo-
ru Samuelson Marksı A.Smit, C.Keyns və digər iqtisadçıların daxil olduğu 
«intellektual nəhənglər»dən biri hesab edirdi. Marksın iqtisadi nəzəriyyəsi 
xüsusilə də onun gəlir, əmək haqqı və kapitalist müəssisənin təbiəti 
haqqında fikirləri çox əhəmiyyətlidir. O cəmiyyətin əsasını iqtisadiyyatda 
görürdü. Bu fikir müəyyən qədər doğrudur. Lakin iqtisadi həyatın rolunu 
şişirtmək, onu cəmiyyətdə hər şeyin müəyyənedicisi kimi göstərmək 
doğru deyildir. Xüsusən də iqtisadi həyatın mə'nəvi sferanı müəyyən edən 
xüsusi tipli varlıq olması fikri şübhə doğurur. Eynilə də Marksın ictimai 
varlığın şüuru müəyyən etdiyi haqqında müddəası ilə razılaşmaq olmaz. 
Axı insan şüuru iqtisadi həyatın bütün tərəflərində lap əvvəldən mövcud-
dur. Məhz şüurlu insan iqtisadi münasibətlərin subyektidir. Onun sırf iqti-
sadi fəaliyyəti, habelə mübadilə, alqı və satqı əməliyyatları şüurlu baş ve-
rir. Onların hamısı bir- birilə sıx bağlı olan tələbatlar, məqsədyönlülük, 
iradi hərəkətlər, məs'uliyyət, hüquqi düşüncə və sairi əhatə edən vahid 
zəncir silsiləsini təşkil edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin