Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


fəaliyyətin özünəməxsus növü, ikincisi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə410/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   406   407   408   409   410   411   412   413   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fəaliyyətin özünəməxsus növü, ikincisi 
isə buna uyğun olaraq qərarlaşan ictimai münasibətlər tipidir

Yuxarıda qeyd olunan sferaların hər birində insanların fəaliyyəti 
özünəməxsus, spesifik xarakter daşıyır. Burada qərarlaşan ictimai əlaqələr 
və münasibətlər də başqalarında olduğundan fərqlidir. 
Cəmiyyətin sferalar üzrə bölgüsü həm də buna görə diqqəti cəlb 
edir ki, o ictimai həyatın müxtəlif tərəflərini funksional baxımdan 
vəhdətdə götürür. Belə ki, yuxarıda adı çəkilən dörd sferanın hər birində 
həm maddi, həm də mə'nəvi tərəflər (əlbəttə hər birində müxtəlif nisbətdə) 
əhatə olunur. 
Ictimai sferalar arasında iqtisadi həyat mühüm yer tutur
. O çox 
geniş məzmuna malikdir. Buraya maddi istehsal, iqtisadi tələbatlar, 
mənafelər və iqtisadi fəaliyyət ilə əlaqədə olan digər tərəflər daxildir. Iqti-
sadi sferanın və iqtisadi münasibətlərin spesifikliyinə (yə'ni 


367 
çoxtərəfliliyinə) məhəl qoymamaq, onu maddi yaxud istehsal 
münasibətləri ilə eyniləşdirmək nəzəri və praktiki səhvlərə gətirib çıxarır. 
Nəzəriyyədə bu onunla nəticələnir ki, iqtisadi proseslərin şüurdan və 
insanların davranışından tam müstəqil olduğu göstərilir. Bu nəticə 
e'tibarilə obyektivizm, yə'ni subyektiv amilin, şüurlu fəaliyyətin iqtisadi 
həyatda rolunun inkar olunması deməkdir. Praktikada isə bu, sözlə işin 
uyğun gəlməməsi, hər şeyi əmək prosesinin maddi tərəflərinə (əmək 
vasitələrinə, əmək predmetinə və s.) müncər edilməsi və insanların iradə, 
arzu və sə'ylərinin iqtisadi sahədə roluna məhəl qoyulmaması ilə 
nəticələnir. 
Sosial münasibətlərə gəlincə göstərilməlidir ki,
bunlar əsas 
e'tibarilə cəmiyyətdəki sosial birlik formaları- siniflər, sosial qruplar, 
əmək kollektivləri, millət və xalqlar arasındakı münasibətləri, habelə ailə 
münasibətlərini əhatə edir. Yuxarıda deyildiyi kimi bu münasibətlərdə 
həm maddi tərəf vardır (çünki sosial münasibətlər iqtisadi münasibətlərin 
mahiyyətinə uyğun, xeyli dərəcədə insanların şüur və iradəsindən kənarda 
formalaşır). Digər tərəfdən sosial münasibətlərin məzmununda şüurluluq 
amili də xeyli yer tutur (bu amil sosial münasibətlərin daşıyıcılarının 
şüurlu fəaliyyət göstərən subyektlərə çevrilməsinə kömək edir). 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin