366
II FƏSIL
ICTIMAI HƏYATIN ƏSAS SFERALARI.
IQTISADI HƏYATIN FƏLSƏFI SƏPKISI.
1. Ictimai həyatın sferaları
Cəmiyyətin fəlsəfi təhlilinin çıxış nöqtəsi ona müxtəlif
yarımsistemləri, prosesləri və tərəfləri əhatə edən çoxpilləli vahid orqa-
nizm kimi yanaşmaqdır. Bununla əlaqədar belə bir sual qarşıya çıxır: onu
öyrənərkən hansı me'yardan çıxış etməklə tərkib hissələrinə ayırmaq olar?
Qeyd edək ki, cəmiyyətin daxili bölgüsündə müxtəlif me'yarlardan istifadə
olunur.
Hər şeydən əvvəl
göstərilməlidir ki, cəmiyyət təkcənin, xüsusinin
və ümuminin ayrılmaz vəhdətidir. Bu keyfiyyət ictimai həyatın ən başlıca
tərəfidir.
Sonra,
cəmiyyəti təbii yarımsistemə və ictimai yarımsistemə
ayırmaq olar.
Birinci tərəf
aşağıdakı amilləri əhatə edir: insan nəslinin
istehsalı və təkrar istehsalı; coğrafi mühit və ölkənin geopolitik vəziyyəti;
nəsillər arasında təbii münasibətlər və sair.
Ikinciyə-
ictimai
yarımstruktura insan amili, ictimai həyatın istehsalı və təkrar istehsalı dax-
ildir. Bunlarla yanaşı sosial sistemi birlik formalarına görə (cəmiyyət, so-
sial qrup, millət, xalq və sair), yaşayış məskənləri tipinə görə (şəhər,
şəhərtipli qəsəbə və kənd), habelə peşə, demoqrafik, yaş, cins və sair
əlamətlərə görə də bölmək olar.
Nəhayət,
cəmiyyəti differensiasiya etməyin çox mühüm və son
zamanlarda əksəriyyət tərəfindən qəbul edilmiş bir növü onu ictimai sfe-
ralar üzrə ayırmaqdır. Bu bölgüyə əsasən cəmiyyət iqtisadi, sosial, siyasi
və mə'nəvi sferalara ayrılır. Onun əsasında iki əsas əlamət durur. Onlardan
birincisi müvafiq sferada ictimai
Dostları ilə paylaş: