Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Cəmiyyətə sistemli yanaşma təsəvvürləri qədim olsa da, bu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə405/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   401   402   403   404   405   406   407   408   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Cəmiyyətə sistemli yanaşma təsəvvürləri qədim olsa da, bu 
barədə bitkin tə„limlər ilk dəfə XIX-XX əsrlərin fəlsəfi fikrində 
yaranmışdır
. Onun əsasları O.Kont, H.Spenser, K.Marks, E.Dürkheym, 
M.Veber, P.Sorokin, T.Parsons, L.Bertalanfi və başqa mütəfəkkirlər 
tərəfindən irəli sürülmüşdür. 
Bu təsəvvürlərə görə sistem kimi götürülən cəmiyyətin 
elementlərini bu və ya digər sosial subyektlər, münasibətlər və institutlar 
təşkil edir. Cəmiyyət sistemini təşkil edən elementlər və yarımsistemlər 
keyfiyyətcə rəngarəngdir və çoxpilləli xarakter daşıyır. Ictimai sistemdə 
münasibətlər çox mühüm yer tutur. Münasibət dedikdə cəmiyyəti təşkil 
edən subyektlər arasında müəyyən əlaqə və asılılıq başa düşülür. Məhz bu 
münasibətlər sayəsində insanlar birləşirlər, ayrı- ayrı fərdlər vahid tam 
formasında çıxış edirlər. 
Insanlar arasında sabit və təkrarlanan 
münasibətlər, asılılıq tədricən onların sosial qruplar, təşkilatlar və 
institutlar formasında birləşməsini yaradır. 
Sosial sistem aşağıdakı xassələrinə görə təbiət sistemlərindən 
fərqlənir

Hər şeydən əvvəl
göstərilməlidir ki, cəmiyyəti təşkil edən 
elementlər, yarımsistemlər və səviyyələr son dərəcə rəngarəngdir, onların 


362 
funksiyaları, əlaqələri və qarşılıqlı münasibətləri çox mürəkkəbdir. 
Digər 
tərəfdən
sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə 
müxtəlifdir. Burada təkcə maddi deyil, həm də ideal, mə„nəvi hadisələr 
vardır. Buna görə də onu tədqiq edərkən müxtəlif elmlərin (humanitar və 
təbii elmlərin) metodlarından kompleks şəkildə istifadə olunmalıdır. 
So-
nra, 
sosial sistemin əsas elementi olan 
insanın unikal xarakteri
onu 
təbiətdən fərqləndirir. Belə ki, insan öz fəaliyyətinin, davranışının, forma 
və üsullarını sərbəst surətdə və geniş diapazonda seçə bilir. Bunun 
nəticəsində cəmiyyətin inkişafında qeyri- müəyyənlik dərəcəsi yüksək 
olur. Burada hadisələrin gələcək nəticələrini irəlicədən müəyyən etmək 
çox vaxt mümkün olmur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin