364
Beləliklə sosial sistem müxtəlif səpkilərə malikdir. Onu təhlil
edərkən fəaliyyət növləri, sosial münasibətlər, sosial birlik formaları, icti-
mai institutlar mütləq nəzərə alınmalıdır.
Cəmiyyətin son dərəcə mürəkkəb olması onu izah edən baxışların
da müxtəlifliyini şərtləndirir. Sosial fəlsəfədə cəmiyyətin üç əsas nəzəri
modeli geniş yayılmışdır: naturalizm, idealizm və materializm.
Birinci mövqe,
naturalizm
(təbiət, təbii olan deməkdir) tarixən da-
ha qədimdir. Onun mahiyyətini cəmiyyətin təbii bioloji amillər (təbii
sərvətlər, mühit, iqlim və sair) ilə izah olunması təşkil edir. Yuxarıda
onların bir növü olan coğrafi determinizm haqqında geniş danışıldı.
Cəmiyyətə
idealist
yanaşma sosial həyatda əbədi ideyanın, dünya
zəkasının, idealın, mə„nəvi amillərin müəyyənedici rol oynadığını sübut
etməyə çalışır.
Nəhayət,
materializm
cəmiyyətin izahında maddi amillərdən, so-
sial varlıqdan, maddi nemətlər istehsalından çıxış edir. Qeyd edək ki, bu
üç baxış bir- birindən tam təcrid olunmuş halda mövcud deyildir. Onlar
bir- birilə xeyli yaxındır və bəzən də çulğalaşmış şəkildə mövcuddur.
Məsələn naturalizmdə bə„zən həm materializm ünsürləri (cəmiyyətin təbii
izahı, mexanisizm, sosial darvinizm və sair), həm də idealizm (panteizm
və hilozoizmin nümunəsində) əlaqəli şəkildə çıxış edir.
Sosial fəlsəfədə insanların əvvəlki cəmiyyətdən irsən keçən və yeni
yaranan birgə fəaliyyət üsulu ictimai istehsal anlayışında ifadə olunur. Bu
anlayış hələ C.Lokk və A.Smit tərəfindən istifadə olunmuşdur. K.Marks
onu cəmiyyəti yaradan insanların birgə fəaliyyətinə tətbiq etmişdir. Ictimai
istehsal anlayışı insanların məqsədyönlü fəaliyyəti prosesidir. Bu anlayış
sosial fəlsəfədə mühüm rol oynayır. O göstərir ki, cəmiyyət sadəcə təkrar
istehsal və adaptasiya etmək deyildir. O ictimai həyatı həm də yaradıcılıq,
özistehsalı kimi səciyyələndirir. Ictimai istehsal bir sıra həyati əhəmiyyətli
sosial funksiyalar yerinə yetirir. Onlardan aşağıdakılar xüsusilə
mühümdür: a) cəmiyyətin mövcudluğunun maddi həyat şəraitinin təkrar
istehsalı; b) mə
'
nəvi həyat məhsullarının (ideyalar və ideologiyanın)
mə
'
nəvi dəyərlərin, simvol və işarələrin istehsalı; v) ictimai fərdlər kimi
insan nəslinin istehsalı; q) sosial əlaqələrin və münasibətlərin istehsalı.
Dostları ilə paylaş: