Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə401/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   397   398   399   400   401   402   403   404   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nəhayət axırıncı fərq
bunda ifadə olunur ki, cəmiyyətdə dinamik 
qanunlarla yanaşı statistik qanunların xüsusi çəkisi yüksəkdir və onlar 
daha çox yer tutur. Başqa sözlə desək cəmiyyətdə təsadüflər daha çox 
hökmranlıq edirlər. Tarixdə baş verən konkret hadisələrin təkrarlanmaz 
fərdiliyində və təsadüflüyündə nə isə müəyyən bir ümumi cəhət özünü 
göstərir. Məsələn Böyük Vətən müharibəsi ilə Qarabağ müharibəsi bir- 
birindən tamamilə fərqlənir. Lakin bu fərqlilik daxilində onları müharibə 
anlayışı altında fəlsəfi mənalandırmaq mümkündür. Tarixdə fərdi olan hər 
bir hadisə ümuminin konkret təzahürüdür. Lakin burada ümumi cəhət 
fərdini heçə endirmir, əksinə yalnız təkrarolunmazlığın dolğun özünü 
göstərdiyi şəraitdə həyata keçirilə bilir. Buna görə də cəmiyyət qanunları 
daha çox statistik qanunlar kimi, yəni meyllər kimi fəaliyyət göstərir. Qa-
nun- meyl isə ümumdünya tarixinin əsas inkişaf yolundan müəyyən 
kənara çıxma hallarını qəbul edir. Həm də nəzərdə tutulmalıdır ki, ictimai 
qanun elə belə sadə meyl kimi deyil, aparıcı və əsas meyil kimi çıxış edir. 
Göründüyü kimi təbiət və cəmiyyət qanunlarının qarşılıqlı 
münasibəti çox mürəkkəbdir. Onları tam eyniləşdirmək və ya qarşı- 
qarşıya qoymaq yol verilməzdir. Halbuki fəlsəfi fikir tarixində hər iki 
qəbildən olan baxışlar mövcud olmuşdur. Məsələn sosial darvinistlər icti-
mai həyatın biologiyanın qanunları üzrə izah edirdilər. Cəmiyyət ilə təbiət 
qanunlarını eyniləşdirilməsi sosial həyatı mexnikanın, fizikanın qanunları 
ilə izah etmək cəhdləri üçün də səciyyəvidir. Digər ifrat mövqedən çıxış 
edən yenikantçılar təbiət və cəmiyyət qanunlarını bir- birinə qarşı qoyur-
dular. Onların fikrincə təbiətdəki proseslər ümumi qanunauyğunluqlara 
tabedir. Cəmiyyətdəki hadisələr isə sırf fərdi və təkrarolunmaz xarakter 
daşıyır. Bu keyfiyyəti həddən artıq şişirtməklə onlar təbiət və cəmiyyət 
qanunlarının bir- birinə tam əks olduğunu iddia edirdilər. 
Ictimai qanunlar öz əhatə dairəsinə görə müxtəlifdir. Bu baxımdan 
onları iki qrupa bölmək olar: 1) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   397   398   399   400   401   402   403   404   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin