356
insanlar təbiətə fəal dəyişdirici təsir göstərir, onu öz tələbatlarına
uyğunlaşdırırlar.
Deməli, təbiətin tarixi özü yaranır, cəmiyyətin tarixini
isə insanlar yaradırlar.
Zahirən təsadüflər yığını kimi görünən cəmiyyət həyatı özünün
bütün zənginliyi və dolğunluğu ilə sahmanlı sistemdir. Bu sistemin
mövcudluğu və inkişafı müəyyən qanunauyğunluqlar üzrə baş verir.
Vaxtilə Engels obrazlı şəkildə demişdi ki, dünya tarixi elə bir böyük
şairədir ki, o gözəlliyi və eybəcərliyi, faciəvini və komiki qanunauyğun
surətdə yaradır.
Insanların hərəkətləri müəyyən məqsədə nail olmağa yönəlir,
onların tələbatlarını ödəməyə xidmət edir. Cəmiyyət miqyasında
götürdükdə ayrı- ayrı fərdlərin hərəkətləri kütlələrin, sosial qrupların,
Dostları ilə paylaş: