Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir- birilə sıx



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə397/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   393   394   395   396   397   398   399   400   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir- birilə sıx 
qarşılıqlı təsirdə fəaliyyət göstərirlər
. Belə ki, sosial fəlsəfə ən yüksək 
səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını mücərrəd formada 
ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və 
meyllərini öyrənir. Buna görə də o konkret ictimai elmlərə (iqtisadiyyat, 
sosiologiya, politologiya, tarix, hüquq, statistika və sair) münasibətdə 
ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin 
inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün 
ayrı- ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiya-
lar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial 
fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin 


355 
nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli 
deyildir. Başqa sözlə, ayrı- ayrı ictimai elmlər də öz növbəsində sosial 
fəlsəfəyə güclü təsir göstərir. Bu onda ifadə olunur ki, sosial fəlsəfə həmin 
elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları ümumiləşdirir 
və buna əsaslanmaqla özü də inkişaf edir.
Digər ictimai və humanitar fənlər ilə sosial fəlsəfənin ümumiliyi 
bundadır ki, o da insanların sosial dünyasını öyrənir. Bu dünyaya dil, elm, 
hüquq, etika, əxlaq və davranışlar, əmək alətlərinin təkmilləşməsi 
səviyyəsi, insanların fəaliyyəti üsulları və təşkilatları daxildir. Lakin 
cəmiyyəti öyrənən konkret elmlər yuxarıda göstərilən tərəflərdən birini və 
ya bir neçəsini tədqiq etməklə məhdudlaşır. Sosial fəlsəfənin spesifikliyi 
bundadır ki, o cəmiyyəti bütöv bir tam kimi götürür, onun ümumnəzəri 
modelini yaradır. 
Sosial fəlsəfənin ümumilikdə fəlsəfə ilə münasibəti təkcə ilə ümumi 
arasındakı münasibət kimidir. Başqa sözlə deyilsə sosial fəlsəfədə 
ümumfəlsəfi müddəalar cəmiyyət həyatına münasibətdə, konkretləşmiş 
formada çıxış edir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   393   394   395   396   397   398   399   400   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin