352
tərəfindən sanki yad bir adam kimi qavranılmağa başlayır. Beləliklə də o,
hər bir konkret adama münasibətdə özgə kimi çıxış edir. Elə təəsürat
yaranır ki, o insandan kənar və hətta ondan yüksəkdə duran subyektdir.
Nəticədə sosial qayda obyektiv forma alır, yə‟ni insan elə bir reallığı
yaradır ki, həmin reallıq onun özünü də inkar edə bilir. Bütün bu proseslər
isə öz mahiyyətinə görə cəmiyyətin dəyişilməsi deməkdir. Dəyişilən
cəmiyyət isə özünə uyğun adamları, yə‟ni bu cəmiyyəti təkrar istehsal
etməyi bacaran insanları yaradır.
Sosial fəlsəfənin predmetinin digər tərəfini müxtəlif
cəmiyyətlərin qarşılıqlı tə‟sirinin, bəşəriyyətin inkişafının, yə‟ni tarixi
prosesin öyrənilməsi təşkil edir.
Sosial fəlsəfədə də
materializm
və
idealizm
mövqeləri vardır. Bi-
rinci tərəf buna əsaslanır ki, ictimai həyatın əsas məzmununu təşkil edən
fəaliyyətin motiv və məqsədləri insanların sosial varlığı ilə müəyyən olu-
nur. Idealizm isə bunu əsas götürür ki, fəaliyyət şüurlu prosesdir, insanlar
əvvəlcədən öz fəaliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər. Bu
baxışların hər ikisində həqiqət payı vardır. Təsadüfi deyildir ki, idealist
sosial fəlsəfə zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat
fəaliyyəti sahələrinə aid çox maraqlı fikirlər irəli sürülmüşdür (məsələn,
klassik alman fəlsəfəsi, Kont, Dürkheym, yenikantçılıq, müasir pozitivizm
və sair).
Sosial fəlsəfənin
Dostları ilə paylaş: