Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ter daşıyan xassələr, formalar və əlaqələr daxildir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə391/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   387   388   389   390   391   392   393   394   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ter daşıyan xassələr, formalar və əlaqələr daxildir
. Buna görə də sosial 
fəlsəfə insanların başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar 
1
Бак. Барулин В.С. Социальная философия, т.1. М., 1993, с.90.


350 
və ondan yüksəkdə duran formaların, əlaqələrin və münasibətlərin sistemi 
kimi götürülən cəmiyyət haqqında düşüncələr deməkdir. 
Sosial həyatdakı forma və əlaqələrin mahiyyəti açıq aydın 
görünmür, bir növ gizli xarakter daşıyır. Odur ki, hər bir insanın bunlar 
haqqında təsəvvürləri doğru olmaya da bilir. Deməli, sosial həyatı 
öyrənərkən bu və ya digər fərdin təsəvvürləri deyil, onların bütöv bir tam 
kimi əhatə olunduğu birliklərin fikirləri və təsəvvürləri əsas 
götürülməlidir.
Sosial fəlsəfənin öyrəndiyi məsələlərin əyani surətdə görünməməsi, 
heç də onları araşdırmağın qeyri-mümkünlüyü demək deyildir. Belə ki, 
həmin gizli sosial əlaqələr, münasibətlər və formalar dolayısı ilə, bilvasitə, 
müxtəlif yardımçı vasitələr şəklində (predmetlərdə, insanların 
hərəkətlərində, dilində, bədənində, onların yaratdıqları təşkilatlar və 
müəssisələrdə) ifadə olunur. Bu sonuncuları təhlil etməklə biz umumi so-
sial əlaqə və münasibətlər haqqında dəqiq bilik əldə edə bilirik. 
Hər bir insan həyatda heç də həmişə özü istədiyi kimi hərəkət etmir. 
O öz hərəkətini ölçüb biçir. Buna görə də çox vaxt istədiyi kimi deyil, 
lazım olduğu kimi hərəkət edir. Çünki insanların həyatı bir-birindən 
ayrılmazdır. Məsələn hər bir insan öz fikirlərini dil vasitəsilə ifadə edir, 
lakin bu dili o yaratmamışdır. Dil ümumiyyətlə cəmiyyətin məhsuludur. 
Hətta insanın getdiyi küçə də o şəxsin özünün deyil, umuminindir. Bir 
sözlə, hər bir insan özündən asılı olmadan ictimai əlaqələrin və 
münasibətlərin çoxsaylı şəbəkəsi ilə əhatə olunur. Bu sosial şəbəkə və 
formaların özü də insanların birgə fəaliyyətinin məhsuludur. Doğrudan da 
biz müəyyən bir hərəkəti edərkən onu mövcud normalara uyğunlaşdırırıq. 
Çox vaxt fərqinə varmırıq ki, bu normaları da insanlar yaratmışdır.
Yuxarıda deyilənlər sübut edir ki, insan ilə cəmiyyət bir- birinə 
qırılmaz tellərlə bağlıdır. Ilk nəzərdə aydın görünən bu münasibətlər 
nəzəri fikirdə birmənalı izah edilmir. Burada iki əsas yanaşma özünü 
göstərir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin