Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ümumi qanunauyğunluqları və meyilləri haqqında, sosial həyatı



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə390/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   386   387   388   389   390   391   392   393   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ümumi qanunauyğunluqları və meyilləri haqqında, sosial həyatı 
bütöv proses kimi ifadə edən cəmiyyətin mövcudluğu və inkişafı 
haqqında nəzəri biliklər sistemidir. Bu elm sabit və böyük insan 
qruplarını, onlar arasındakı münasibətləri, onların əlaqələrini və 
cəmiyyətdə rolunu ifadə edən qanunları öyrənir
1
. Sosial fəlsəfənin 
əhatə etdiyi problemlər geniş əhatə dairəsinə malikdir. O ictimai 
münasibətlər sistemini, cəmiyyət həyatının bütün tərəflərini araşdırır. So-
sial həyatın dəyişilməsi və sosial sistemin inkişafını bütöv bir tam kimi 
təhlil edir. 
Cəmiyyətin sosial həyatı insanların birgə varlığını ifadə edir. Bu-
raya onların maddi və mənəvi həyatı, habelə digər hadisə və proseslər dax-
ildir. Onun məzmununa həm də insanlar arasındakı çox tərəfli qarşılıqlı 
təsir növləri aid edilir. Insanların sosial hərəkətləri müxtəlif ictimai 
amillərin təsiri ilə şərtlənir. Sosial hərəkətin və sosial münasibətlərin əsas 
subyekti kimi sosial birlik forması və ya bütövlükdə cəmiyyət çıxış edir. 
Sosial həyat özünün mütəşəkkilliyi və strukturluluğu ilə səciyyələnir. So-
sial sistem müxtəlif yarımsistemlərin və elementlərin sahmanlı düzülüşü 
deməkdir.
Sosial fəlsəfə insanların praktiki fəaliyyətinin (iqtisadi, mənəvi, 
siyasi, elmi, əxlaqi, estetik və s) və bu fəaliyyət prosesində bir-birilə daxil 
olduqları müxtəlif növ münasibətlərin öyrənilməsinə geniş diqqət yetirir. 
Bu elm fəaliyyətin obyektiv və subyektiv tərəflərini, onun (fəaliyyətin) 
sövqedici motivlərini, obyektiv tələbatları, mənafeləri, habelə şüura xas 
olan motivləri və məqsədləri (özü də bu iki tərəfi dialektik qarşılıqlı 
təsirdə) təhlil edir. 
Burada belə bir məqam mütləq nəzərə alınmalıdır. 
Sosial fəlsəfənin 
predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və empirik yol ilə 
qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarak-

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin