Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə402/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   398   399   400   401   402   403   404   405   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ümumsosioloji qanunlar
; 2) 
ictimai 
inkişafın spesifik qanunları.
Birinci qrupa daxil olan qanunlar ümumi xarakterə malikdir, yə„ni 
bütün tarixi dövrlərdə fəaliyyət göstərir. Öz mahiyyətinə görə bu qanunlar 
bir növ tarixi inkişafın varisliyini ifadə edir. Cəmiyyət inkişafının bütün 
pillələrinə və mərhələlərinə xas olan ən ümumi və ən mühüm cəhətləri 


359 
göstərir. Məsələn ictimai istehsal ilə tələbatın dialektik vəhdəti qanunu bu 
qəbildəndir. 
Ictimai həyatın spesifik qanunları isə bir neçə və ya bir tarixi 
mərhələnin keyfiyyət özünəməxsusluğunu ifadə edir. Bunlara misal olaraq 
sinfi mübarizə qanununu göstərmək olar. Həmin qanun yalnız antaqonist 
sinifli cəmiyyətlərdə fəaliyyət göstərir. 
Ictimai qanunların fəaliyyət göstərdiyi şərait dəyişildikdə həmin 
qanunların fəaliyyəti dəyişilir: bir sıra qanunlar sıradan çıxır, digər qrup 
qanunların fəaliyyəti daha dolğun şəkil alır. Üçüncü bir tərəfdən isə 
əvvəllərdə mövcud olmayan yeni qanunlar (dəyişilmiş formada fəaliyyət 
göstərmə mənasında) yaranır.
Cəmiyyət qanunlarının mahiyyəti və məzmununun dərk 
olunması sosial determinizmin başa düşülməsindən çox asılıdır.
Əslində ictimai qanunauyğunluğun qəbul edilməsi sosial determinizm 
prinsipindən irəli gəlir. Məhz ona əsaslanmaqla tarixi qanunauyğunluq 
(zərurət) ilə insanların şüurlu fəaliyyətinin (azadlıq) qarşılıqlı münasibətini 
düzgün başa düşmək olar. 
Sosial determinizm sübut edir ki, insanların fəaliyyəti maddi olanla 
ideal olanın, obyektiv ilə subyektivin vəhdəti kimi çıxış edir. 
Bu tarixi zərurətin qəbul edilməsidir. Lakin nəzərdə tutulmalıdır ki, 
tarixi zərurət çox müxtəlif formada təzahür edə bilir. Buna görə də sosial 
determinizmin fatal labüdlük formasında çıxış edən tarixi zərurət ilə heç 
bir əlaqəsi yoxdur. Tarixi zərurət dedikdə insanların fəaliyyətinin 
labüdlüyü və vacibliyi, ictimai həyatın müəyyən istiqamətdə və ardıcıllıqla 
inkişafı nəzərdə tutulur. Beləliklə, sosial determinizmin qəbul edilməsi 
cəmiyyət tarixində zərurəti, obyektivliyi və habelə müəyyən təkrarlanmanı 
qəbul etməyə gətirib çıxarır. Lakin qeyd edilməlidir ki, tarixdə 
təkrarlanma inkişafın fərdi xüsusiyyətlərini, özünəməxsusluqları istisna 
etmir, çünki hər bir belə təkrarlanma başqa şəraitdə, başqa inkişaf 
mərhələsində baş verir. 
Insanlar öz ictimai fəaliyyətində tarixi zərurəti həyata keçirirlər. 
Onlar tələbat və mənafelərini dərk etməklə qarşıda duran məqsəd və 
vəzifələri müəyyənləşdirirlər. Tələbat və mənafelər isə ictimai həyatın 
obyektiv şəraitindən doğur. Deməli zərurət insanların şüurundan asılı 
olmayıb, obyektiv qanunların fəaliyyəti ilə şərtlənir. O tarixi inkişafın 
qanunauyğun meylidir, bu inkişafda sosial determinizmi (yə„ni müxtəlif 
hadisə və proseslərin qarşılıqlı səbəbiyyət əlaqələrini) ifadə edir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin