Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Insanların əməyi (həm maddi həm də mənəvi formada olan əmək)



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə417/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   413   414   415   416   417   418   419   420   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Insanların əməyi (həm maddi həm də mənəvi formada olan əmək) 
ictimai proseslərin əsas mənbəyini təşkil edir.
Hər bir nəsil əmək 
fəaliyyətinə başlayarkən özündən əvvəlki nəsillərin toplamış olduğu 
nailiyyətlərdən istifadə edir. Bu yolla insan mədəniyyətinin tarixində 
toplanmış təcrübədən onun gələcək inkişafı üçün istifadə edilir. Əmək 
fəaliyyəti insanın heyvanat aləmdən ayrılmasında, onun şüuru və dili 
inkişaf etməsində mühüm rol oynamışdır. Insanlar təkcə maddi 
ne'mətlərin yaradıcısı deyil, həm də onların istehlakçısıdır. Cəmiyyətin 
istifadə etdiyi texniki vasitələr və texnologiya da insan vasitəsilə hərəkətə 
gətirilir. Digər tərəfdən, onlar inkişaf etdikcə insanların fiziki və mə'nəvi, 
intellektual göstəricilərinə yeni- yeni tələblər verlir. 
Insanın ictimai mahiyyətinin formalaşmasında əmək müstəsna yer 
tutur. Əmək insanın həyati tələbatıdır, çünki o yaşamaq üçün maddi 
ne'mətlər yaratmalıdır. Əmək fəaliyyətini yüngülləşdirmək üçün insan 
daim əmək alətlərini təkmilləşdirir. Əmək insanın mahiyyət qüvvələrinin 
ifadəsidir. O həm də müqəddəs mə'nəvi borcdur. Ayrıca bir insanın və 
bütövlükdə cəmiyyətin həyatı əməkdən kənarda qeyri- mümkündür. O, 
insanı inkişaf etdirir, onun ləyaqətini yüksəldir. Insan öz əməyi ilə azad və 
xoşbəxt olur. Yaradıcı əmək hansı sahədə (fiziki və ya əqli) baş 
verməsindən asılı olmayaraq insana fərəh gətirir. ABŞ- ın ilk prezidenti 
C.Vaşinqton demişdir ki, yer əkməyin də poema yazmaq qədər şərəfli 
məşğuliyyət olduğunu dərk etməyincə heç bir millət çiçəklənmə pilləsinə 
yüksələ bilməz. 
Insan öz əməyinə ürəyinin qəlbinin bir hissəsini hopdurur. O əməyə 
böyük mə'na verir, əməyinin nəticələrinə e'tinasız qalmır. Onun yaxşı 
nəticələrindən sevinc hissi, mənfi (pis) nəticələrindən isə həya hissi, 
utancaqlıq keçirir. Hər bir normal insan əməklə məşğul olmaq və daim nə 
isə yeni bir şey yaratmaq arzusunda olur. Lakin əmək vasitəsilə insan öz 
həyati varlığını yalnız o vaxt doğrulda bilir ki, onun müəyyən məharəti 
vardır. Vaxtilə Hegel yazırdı ki, qabiliyyəti olmayan insan həmişə öz ya-
ratmaq istədiyindən başqa bir şeyi yaradır, çünki o öz fəaliyyətinin əsl 
ağası deyildir. Qabiliyyətli insan isə predmeti necə olmalıdırsa o cür 
yaradır və onun subyektiv fəaliyyəti məqsədinə zidd olmur. 


374 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin