Insanı əmək fəaliyyətinə sövq edən amillər çoxdur. Bütövlükdə insanların şəxsi və ictimai mənafelərini həyata keçirməyin son dərəcə müxtəlif formaları əmək ilə ayrılmaz surətdə bağlıdır . Əgər konkret
desək, sivilizasiyanın tarixində əmək fəaliyyətinə sövq edən iki əsas sti-
mul mövcud olmuşdur: əməyə qeyri- iqtisadi məcburiyyət və iqtisadi
məcburiyyət. Birinci stimul onu ifadə edir ki, əməkdən yayınma halları
quldar, mülkədar və yaxud monarx tərəfindən ciddi cəzalandırılır. Bundan
fərqli olaraq əməyə qeyri- iqtisadi məcburiyyət işçini qorxu altında
saxlamağa deyil, onun şəxsi maddi marağına və öz rifahını yaxşılaşdırmaq
cəhdlərinə əsaslanır. Bu qəbildən olan stimul işçinin ona iş verəndən şəxsi
asılılığını nəzərdə tutur. Belə halda iqtisadi asılılıq aradan qalxır. O iqtisa-
di cəhətdən azad surətdə çıxış edir. Məcburiyyət isə birbaşa deyil, işçinin
maddi marağı vasitəsilə təzahür edir. Bütövlükdə əmək fəaliyyətinə sövq
edən stimulların xarakteri mövcud mülkiyyət sistemi isə müəyyən olunur.
Səmərəli əməyin stimullaşdırılmasında xüsusi mülkiyyət böyük rol
oynayır. Çünki o iqtisadi azadlığın əsasında durur.
Bütün cəmiyyətlərdə əmək fəaliyyəti bir sıra amillər ilə müəyyən
olunur. Onların içərisində
birinci yeri insan amili tutur. Bu o deməkdir ki,
istehsal etmək üçün hər şeydən əvvəl müəyyən biliklərə və əmək
vərdişlərinə malik olan insanlar lazımdır.
Ikinci amil (maddi amil) əmək
vasitələri adlanır. Buraya elə maddi əşyalar daxildir ki, onların köməyilə
insanlar ne'mətlər yaradırlar. Əmək vasitələri öz daxili tərkibinə görə
müxtəlifdir. Buraya birinci növbədə əməyin təbii şərtləri (təsərrüfat
məqsədləri üçün istifadə olunan su şəlalələri, su hövzələrində balıq
ehtiyatı və s.) aid edilir. Əmək vasitələri içərisində başlıca yeri texnika
tutur. Texnika dedikdə insanın özünün yaratdığı əmək vasitələri, qurğu və
avadanlıqlar başa düşülür. Sonunculara öz növbəsində
əmək alətləri (maşınlar, cihazlar avadanlıq, kimyavi aparatlar və s.) daxil ola bilir.
Onların sayəsində təbiətin ilkin materialları praktiki cəhətdən faydalı
ne'mətlər şəklinə salınar. Deyilənlərdən əlavə əmək vasitələri həm də
əməyin ümumi maddi şəraitini (istehsal binaları, kanallar, yollar və s.)
əhatə edir.
Əməyin
fəlsəfi