Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


andan e'tibarən mülkiyyət sosial münasibətlər forması kimi çıxış edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə426/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   422   423   424   425   426   427   428   429   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

andan e'tibarən mülkiyyət sosial münasibətlər forması kimi çıxış edir

Mülkiyyətin bu mə'nası ona sahib olma, ondan istifadə etmə və üzərində 
sərəncam vermə anlayışlarına yeniliklər gətirir. Qeyd edək ki, söhbət 
həmin üç anlayışın hüquqi məzmunundan gedir, çünki bu anlayışlar xalq 
arasında bə'zən təhrif olunmuş şəkildə işlənilir. 
Mülkiyyətin sosial məzmunu bununla şərtlənir ki, insan Robinzon 
Kruzo kimi təkbaşına yaşamır. O, mülkiyyətində olan əşya və predmetləri 
labüddən cəmiyyətin digər üzvləri ilə əlaqələrdə reallaşdırır və istehlak


381 
edir. Odur ki, yalnız
 sosial əlaqələr fonunda götürülən mülkiyyət sözün 
əsl mə'nasında ictimai hadisə kimi öz rolu və funksyalarını yerinə ye-
tirir
. Həm də nəzərdə tutulmalıdır ki, cəmiyyət mülkiyyətçinin qarşısında 
bir sıra sosial öhdəliklər qoyur. Bu ona görə lazımdır ki, mülkiyyət sahibi 
öz mülkiyyətindən başqa insanların və bütövlükdə cəmiyyətin mənafeyinə 
ziyan vuran istiqamətdə istifadə etməsin. Təsadüfi deyildir ki, mülkiyyət 
ilə bağlı qanunvericilik sənədlərində mülkiyyətçinin hüquqları tənzim olu-
nur, onun əsassız azadlıqları məhdudlaşdırılır. Hətta xüsusi hallarda dövlət 
bu və ya digər subyekti mülkiyyət hüququndan məhrum edə də bilir. 
Cəmiyyətdə müxtəlif mülkiyyət formalarının olması onun nor-
mal fəaliyyətinin zəruri şərtidir. 
Yalnız mülkiyyət formalarının 
rəngarəngliyi şəraitində ayrı- ayrı vətəndaşların və bütövlükdə cəmiyyətin 
tələbat və mənafeləri lazimi səviyyədə ödənilə bilər. Bu mə'nada 
göstərilməlidir ki, totalitar rejimin hökmranlığı dövründə mülkiyyətin 
yalnız ictimai formasına rəvac verilməsi, xüsusi mülkiyyətin 
məhdudlaşdırılması və ya qadağan olunması cəmiyyətə ağır zərbələr 
vurmuşdur. 
Xüsusi mülkiyyət insanın təbiəti ilə, onun tələbat və mənafeləri, 
sərvətlər (dəyərlər) oriyentasiyası ilə, habelə fəaliyyət motivləri ilə sıx 
əlaqəlidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   422   423   424   425   426   427   428   429   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin