məhz so-
388
sial bazar iqtisadiyyatıdır.
Sosial bazar iqtisadiyyatı bazar sisteminin
xüsusi tipidir. O dövlət tərəfindən bazarın effektivliyi ilə sosial ədalətlilik
arasında tarazlığın tə'min edilməsini nəzərdə tutur.
1
Qeyd olunmalıdır ki,
sosial bazar iqtisadiyyatı hər bir ölkədə onun konkret milli mənafelərinə
uyğun olaraq həyata keçirilir. Lakin bu prosesin bütün ölkələr üçün eyni
olan ümumi cəhətləri də vardır. Bunlar sivilizasiyanın müasir mərhələsinin
tələbatını ifadə edirlər. Həmin cəhətlər əsas e'tibarilə aşağıdakılardır:
işçilərin iqtisadi təfəkkürünün və ümumi təhsil səviyyəsinin
yüksəldilməsi, onların yaradıcı potensialının gücləndirilməsi, müxtəlif
sosial qruplar arasında əməkdaşlığın möhkəmləndirilməsi, yeni iş
yerlərinin yaradılması, əhalinin az təminatlı təbəqələrinin sosial müdafiəsi
və sairdir.
Göstərilməlidir ki, digər postsovet respublikalarında olduğu kimi
Azərbaycanda da müasir keçid dövrü məhz sosial bazar
iqtisadiyyatının qurulması ilə başa çatacaqdır.
Cəmiyyət mürəkkəb və çoxpilləli orqanizm olduğu üçün onun
bütün tərəflərinin idarə olunmağa ehtiyacı vardır. Idarə etmə dedikdə
mütəşəkkil sistemin öz keyfiyyət müəyyənliyini saxlamağa, onun mühit
ilə dinamik münasibətlərini qorumağa və sistemi inkişaf etdirməyə
yönələn fəaliyyəti başa düşülür.
Iqtisadi sferada idarəetmə xüsusilə zəruridir.
Insanların birgə
əmək fəaliyyəti, istehsal, əmək bölgüsü, istehsalçılar ilə istehlakçılar
arasındakı münasibətlər, maliyyə münasibətləri və iqtisadi münasibətlərin
digər növləri idarəçiliyi zəruri edən mühüm amillərdir.
Iqtisadi sferada idarətemə hər şeydən əvvəl
vaxtında, düzgün və
dəqiq iqtisadi informasiya əldə etməyi nəzərdə tutur
. Həmin informa-
siya idarəedici orqanlar tərəfindən araşdırılır və iqtisadi sferada tətbiq edi-
lir. Iqtisadi informasiya insanların bu sahədəki tələbat və mənafelərinin
ödənilməsinə xidmət edir. Öz məzmununa görə iqtisadi informasiya
rəngarəng olur. Burada istehsalın təşkili prosesində dövr edən çoxsaylı
biliklər, mə'lumatlar, göstəricilər, ideyalar, idarəçilik qərarları, rəhbər
orqanların göstərişləri və sair ifadə olunur. Qabaqcıl ölkələrin təcrübəsi
göstərir ki, iqtisadiyyatın idarə olunmasında tam və mötəbər informasiya
böyük rol oynayır. Belə ki, sərf olunan resursları ixtisar etməyə, xammala
tələbatı azaltmağa kömək edir, ucuz və effektiv materiallar yaradan nova-
torçu texnologiyaların əhəmiyyətini artırır.
Iqtisadi sferada idarə etmə, informasiya ilə yanaşı onun əsasında
idaretmə qərarlarının işlənib hazırlanmasını və həyata keçirilməsini də
1
Курс экономической теории. Çepurinin redaktəsi ilə. M.,1999, s.696.
389
nəzərdə tutur. Bu göstərir ki, idarəetmə münasibətləri informasiyadan
əlavə təşkilatı tərəfi də əhatə edir.
Iqtisadi sferanın
Dostları ilə paylaş: |