idarəetmə mexanizmini əks əlaqə prinsipindən kənarda təsəvvür etmək qeyri- mümkündür. Bu prinsip onu ifadə edir ki,
istənilən qarşılıqlı tə'sir formasında mənbə ilə (idarəçiliyi həyata keçirən
orqanlar) idarəçiliyə məruz qalan tərəf (idarəetmənin obyekti) öz yerlərini
dəyişə bilirlər. Başqa sözlə desək, idarəetmənin obyektini onun subyektinə
fəal əks tə'siri mövcuddur. Əks əlaqə prinsipi həm də informasiya
mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Bu prosesdə idarəetmə
obyekti onun subyektinə informasiya vasitəsilə tə'sir edir. Əks əlaqə prin-
sipi cəmiyyətdə fasiləsiz olaraq fəaliyyət göstərir. Belə ki, idarə edilən
obyektin cavab hərəkətləri, idarəedən sistemin tənzimləyici funksiyasının
dinamikasını tə'min edir.
Müasir şəraitdə iqtisadi idarəetmənin xarakteri elədir ki, o
idarəçiliyi həyata keçirən subyektlərin qəbul edilmiş
idarəçilik qərarları üçün məs'uliyyətini daha da artırır . Bu bir tərəfdən idarəedici tə'sirin
çox geniş miqyas olması ilə, digər tərəfdən isə idarə olunan obyektlərin
strukturunun mürəkkəbləşməsi ilə şərtlənir. Hazırda ölkəmizdə açıq
cəmiyyətə keçid prosesində bütün sahələrdə olduğu kimi iqtisadi sferanın
idarə olunmasında da demokratikləşməyə geniş yer verilir.
Iqtisadiyyat geniş miqyaslı insan fəaliyyəti sahəsidir. Ona görə də
insanların qarşılıqlı tə'sirinin mövcud olduğu bütün sahələr kimi iqtisa-
diyyat da
mə'nəvi və psixoloji əsaslara malikdir . Xeyir və şər, vicdan və
şərəf, azadlıq və məs'uliyyət kimi etik kateqoriyalar burada da geniş yer
tutur. Bu anlayışlar maddi ne'mətlərin istehsalı, bazar stixiyası, vergi
toplanılması, əmək haqqının ödənilməsi partnyorçuluq (əməkdaşlıq)
öhdəliklərinin vaxtında yerinə yetirilməsi və digər iqtisadi məsələlərdə
çox mühüm rol oynayır. Bununla əlaqədar son dövrlər