əmək bazarında aşağıdakı özünəməxsusluqlar da mövcuddur .
Hər şeydən əvvəl iş görən ilə işə qəbul olunanlar arasında
qarşılıqlı münasibətlərin müddəti məsələsi qarşıya çıxır. Bu müddət nə
qədər çoxdursa, əməyin alqı- satqı əməliyyatları da bir o qədər sabit olur.
Ikinci bir xüsusiyyət odur ki, əmək bazarında qeyri- pul amilləri böyük
rol oynayır. Söhbət işin mürəkkəblik səviyyəsi və cəmiyyətdə nüfuzluluq
dərəcəsindən, əmək şəraitinin sağlamlığa nə dərəcədə uyğun olmasından,
məşğuliyyətin müddətindən, peşə inkişafı üçün imkanlardan gedir.
Üçüncüsü, cəmiyyətdə mövcud olan müxtəlif strukturlar- həmkarlar
ittifaqı, əmək qanunvericiliyi, dövlətin məşğulluq siyasəti, sahibkarlar
ittifaqı əmək bazarına əhəmiyyətli tə'sir göstərir. Bu onunla izah edilir ki,
öz əməyini satanlar ölkə əhalisinin əksəriyyətini təşkil edir. Muzdlu işlə
tə'min olunmaq onların maddi rifahının mühüm mənbəyidir. Buradan
aydındır ki, əmək bazarında olan uğurlar, məşğulluğun göstəriciləri
cəmiyyətdə sosial sabitliyi və dayanıqlığı tə'min etməyin mühüm
amilləridir. Əgər nəzərdə tutsaq ki, bazar münasibətlərinin formalaşması
gedişində iş yerlərinin azalması və beləliklə də işsizlər ordusunun
çoxalması meyli özünü göstərir, onda həmin amillərin nə dərəcədə
əhəmiyyətli olduğu aşkar görünür.
Beləliklə bazar, ehtiyatların yerləşdirilməsini, istehsalı, ne‟mətlərin
bölgüsü və istehlakını tələb və təklifin qarşılıqlı tə‟siri yolu ilə tənzim
edən mexanizmdir. Burada tətbiq olunan azad rəqabət istehsalın bütün
tərəflərinin effektivliyini yüksəltmək üçün real imkanlar yaradır. Sonra,
bazar mexanizmi istehsal ilə bölgü, tələb ilə təklif arasında müəyyən
müvazinəti (tarazlığı) tə‟min edir. Bazar münasibətlərində iştirak edən
bütün subyektlər bərabərhüquqlu olurlar. Bu onların qabiliyyət və
bacarıqlarını azad inkişaf etdirmək üçün real şərait yaradır. Deyilənlərlə
yanaşı