382
Inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki,
hazırda istehsal
vasitələrinə sahib olmaq (müəssisənin mülkiyyətçisi olmaq) fəhləni və
ya mühəndisi, meneceri o qədər də maraqlandırmır. Hər bir işçi
özünün maddi rifah halını yaxşılaşdırmaq barədə düşünür.
Istismar
məsələsinə gəlincə isə göstərilməlidir ki, dövlət xalqı müasir kapitalistdən
daha çox istismar etməyə qadirdir. Bunu yetmiş ildən artıq davam etmiş
sovet rejimi də sübut edir. Müasir kapitalizm cəmiyyətində işçilərin isteh-
sal vasitələrindən və hazır məhsullardan özgələşməsi elə bir əhəmiyyət
kəsb etmir. Burada işçinin muzdlu işçi və ya müəssisənin sahibkarı olması
konkret şəraitdən (vərəsəlikdən, şəxsi bacarıqdan və hətta təsadüfdən)
asılıdır. Əgər hər hansı müasir kapitalist işçiləri sərt, amansız istismar
etməyə cəhd göstərərsə, onda həmkarlar təşkilatı buna ciddi mane olur.
Müasir cəmiyyətdə mülkiyyət formaları çox müxtəlifdir. Burada
əsas yeri xüsusi mülkiyyət, qoyulmuş paya əsaslanan mülkiyyət, dövlət
mülkiyyəti və bələdiyyə mülkiyyəti tutur. XX əsrin sonlarından başlayaraq
qərb ölkələrində aşağıdakı əsas mənimsəmə formaları geniş yayılmışdır:
1) əməkçilərin istehsal vasitələri üzərində xüsusi mülkiyyəti (fermer
mülkiyyəti və digər mülkiyyət); 2) xüsusi kapitalist mülkiyyəti; 3) birliklər
və korporasiyalar (qoyulmuş paya əsaslanan mənimsəmə); 4) dövlət
mülkiyyəti (ümumi birgə mülkiyyət).
1
Dostları ilə paylaş: