Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Mülkiyyətin subyekti kimi ayrı- ayrı fiziki şəxslər və yaxud



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə425/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   421   422   423   424   425   426   427   428   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Mülkiyyətin subyekti kimi ayrı- ayrı fiziki şəxslər və yaxud 
hüquqi şəxslər (müəssisə və təşkilatlar, səhmdar cəmiyyəti) çıxış edir

Mülkiyyətə malik olmaq onun sahibinə azad hərəkət etmək (onun üzərində 
istədiyi kimi sərəncam etmək) hüququ verir. Beləliklə mülkiyyət onun 
subyektinin iradəsinə yenilik gətirir. Bu onun həyatı üçün zəruri 
keyfiyyətdir. Buna görə də subyekt özünün fiziki və mə'nəvi qüvvələrini 
mülkiyyətə tətbiq edir. Bu halda belə bir məqsəd güdür ki, mülkiyyət onun 
həyati tələbatlarını ödəyəcəkdir və həyatının əsas mə'nasını reallaşdırmağa 
kömək edəcəkdir. 
Mülkiyyətin obyekti məsələsi də diqqəti cəlb edir. Bu anlayışa 
təbiətdə olan və insanın yaratdığı bütün maddi və mə'nəvi obyektlər 
daxildir
. Bunlar həm də elə obyektlərdir ki, onların sayı və miqdarı 
bütünlükdə bəşəriyyət üçün nisbətən azlıq təşkil edir. Sonuncu keyfiyyət 
insanların mülkiyyətə olan marağını yaradır. 
Mülkiyyətin məzmununda insanın öz şəxsi cismani və ruhi 
məhsulları birinci yeri tutur. Bundan sonra ikinci yerdə əmək alətləri gəlir. 
Bu tərəf sanki birincinin davamı və tamamlanması kimi çıxış edir. Əslində 
mülkiyyət məhz insanın cismani və ruhi dünyasından kənara çıxaraq in-
sanlar arasındakı münasibətlər sahəsinə daxil olduqda özünün əsl 
məzmununa malik olur. Bu halda mülkiyyət çox vacib bir keyfiyyət- 
özgələşə bilmə keyfiyyəti əldə edir. Mə'lumdur ki, insanın cismani 
orqanları (əli, ayağı, gözü və sair), habelə ruhi məhsulları (xarakteri, ağlı, 
iste'dadı və sair) özgələşdirilə bilməz, yə'ni onları girov qoymaq, satmaq, 
almaq, borc vermək qeyri- mümkündür. (Bu münasibətdə quldarın qul 
üzərində hüququ istisnalıq təşkil edir). 
Lakin əmək alətləri üzərində 
mülkiyyət özgələşmənin bütün formalarına mə'ruz qala bilir. Buna 
görə də sözün əsl mə'nasında mülkiyyət məhz ondan başlanır. Həmin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin