Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə428/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   424   425   426   427   428   429   430   431   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hazırda müstəqillik əldə etmiş 
cəmiyyətimizdə mülkiyyət münasibətlərinin əsaslı islahatı həyata 
keçirilir.
Bu proses bir tərəfdən əsas istehsal vasitələri üzərində dövlətin 
inhisarının ləğv edilməsi istiqaməti üzrə gedir. Digər tərəfdən dövlətin 
sərəncamında olan mülkiyyətin xeyli hissəsi başqa təsərrüfat formalarına 
keçir. Sonuncu proses privatizasiya (özəlləşdirmə) adlanır. Onun 
mahiyyətini dövlət mülkiyyətinin xüsusi mülkiyyətə və pay əsasında 
mənimsənilən mülkiyyət formasına çevrilməsi təşkil edir. Ölkəmizdə 
həyata keçirilməkdə olan mülkiyyət islahatı nəticəsində çoxukladlı bazar 
iqtisadiyyatsı formalaşmaqdadır. 
5. Bazar iqtisadiyyatının fələfi təhlili 
Bazar, cəmiyyətin sosial- iqtisadi həyatında qayda yaradan və onun 
tərəqqisinə kömək edən çox güclü mexanizmdir. 
O tarixən formalaşan 
və inkişaf edən obyektiv iqtisadi və sosial reallıqdır
. Bazar 
münasibətləri, mövcud tələbatları üzə çıxarmağın və onları ödəməyin, 
istehsalçı ilə istehlakçı arasında münasibətləri tənzim etməyin bəşəriyyətin 
tarixi praktikasında sübuta yetirilmiş ən ağıllı formasıdır. Bu münasibətlər 
1
Борисов Е. Экономическая теория, с. 89-90. 


383 
tələb ilə təklifin nisbətinin qorunmasında, təşkilat, müəssisə, firmalar və 
ayrı- ayrı şəxslər arasında azad rəqabətin tə'min olunmasında müstəsna 
əhəmiyyətə malikdir. Bazar təsərrüfatı insanları gəlir əldə etməyə sövq 
edir və buna şərait yaradır. Iqtisadi həyatın əsas hüceyrəsini təşkil edən 
fayda götürmək prinsipi bazar şəraitində daha asan reallaşır. Çünki 
bazar 
iqtisadi mənafelərə əsaslanan müxtəlif sövdələşmələrin meydanıdır

Təbiidir ki, məhsul istehsalçısı ilə alıcı arasında gizli şəkildə olsa da, belə 
bir fikir ümumiliyi vardır: birinci satmaq, ikinci isə almaq istəyir. 
Doğrudur bu işdə qiymətlər heç də həmişə hər iki tərəfi qane etmir. Lakin 
nəticədə müəyyən razılığa gəlinir və alqı- satqı baş tutur. Bazar 
münasibətləri həm də öz sərtliyi və amansızlığı ilə səciyyələnir. Onda 
yazığa acımaq hissi, həya və vicdan əzabı yoxdu

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin