Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə436/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   432   433   434   435   436   437   438   439   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

də iqtisadi psix-
ologiya adlanan elm meydana gəlib formalaşmışdır
. Onun predmetinə 
mövcud cəmiyyətdə insanların müxtəlif mülkiyyət formalarına və 
tələbatlara münasibətini psixoloji səpkidən öyrənmək, təsərrüfat mex-
anizminin effektivliyini tə'min etmək üçün tələb olunan psixoloji amilləri 
araşdırmaq, iqtisadi fəaliyyət və davranışın motivasiyasını təhlil etmək və 
sair daxildir. Insan fəaliyyətinin bütün sahələrində olduğu iqtisadiyyatda 
da onun nəticələrini tam dəqiqliyi ilə irəlicədən müəyyənləşdirmək qeyri- 
mümkündür. Buna görə də gözlənilməz nəticələr əldə etmək və itkiyə 
mə'ruz qalmaq riski burada da mövcuddur. 
Bu cür arzuolunmaz 
nəticələr baş verdikdə ağıllı insanlar mə'nəvi psixoloji zərbəyə düçar 
olmamalıdırlar
. Professional sahibkarlar öz işindən mənfəət gözlədiyi 
kimi, onun müəyyən amillər üzündən baş tutmamasına, hər cür uğursuz 
hallara da psixoloji cəhətdən hazır olmalıdırlar. 


390 
Iqtisadiyyatda mə'nəvi psixoloji keyfiyyətlər həm də tərəfdaşa, 
yə'ni partnyorluq edənə aiddir. Normal tərəfdaşlıq etmək üçün e'tibarlılıq 
və məs'uliyyət hissi kimi mə'nəvi keyfiyyətlərə malik olmaq zəruridir. 
Deyilənlərdən aydın olur ki, bazar münasibətlərinə əsaslanan müa-
sir cəmiyyətin iqtisadi həyatının təşkilində və burada qarşıya çıxan bir çox 
problemlərin həllində mə'nəvi və psixoloji amillər müstəsna dərəcədə 
böyük əhəmiyyət kəsb edir. Buna görə də iqtisadi sferada psixoloji 
xidməti yaxşılaşdırmaq və mə'nəvi- əxlaqi mühiti təkmilləşdirmək son 
dərəcə zəruridir. 


391 
III FƏSIL 
 
CƏMIYYƏTIN SOSIAL SFERASI 
 
1. Sosial sfera və sosial struktur anlayışları 
Cəmiyyətin sosial sferasını müxtəlif sosial birlik formaları (sosial 
qruplar və etniki birliklər) arasında qərarlaşmış olan nisbi sabit əlaqələr 
sistemi təşkil edir. Sosial sfera konkret- tarixi xarakter daşıyır. Bu o 
deməkdir ki, cəmiyyətin hər bir inkişaf mərhələsində ona uyğun sosial 
sfera da qərarlaşır. Bir ictimai quruluş digəri ilə əvəz olunduqda sosial 
sfera da dəyişilir və inkişaf edir. Lakin sosial sfera cəmiyyətin mövcud-
luğunun avtomatik nəticəsi deyildir. O nisbi müstəqildir. Onun inkişafında 
varislik əlaqələri özünü göstərir. Bunun nəticəsidir ki. hər bir dövrün so-
sial sferası ondan əvvəlkilərin müəyyən elementlərini özündə saxlayır. 
Eynilə də onda gələcək sosial həyatın rüşeymləri bu və ya digər dərəcədə 
mövcud olur. 
Insanlar fəaliyyət prosesində öz sosial əlaqələrini daim istehsal və 
təkrar istehsal edirlər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin