392
qarşılıqlı əlaqəsinin və qarşılıqlı tə'sirinin tarixən qərarlaşan nisbi sabit
sistemini ifadə edir.
Sosial struktur cəmiyyətin iqtisadi, siyasi və mə'nəvi mədəniyyət
sistemləri, məişət münasibətləri ilə ayrılmaz əlaqəlidir. O bir tərəfdən
özündə həmin tərəflərin güclü tə'sirini hiss edir, digər tərəfdən isə özü on-
lara fəal əks tə'sir göstərir.
Sosial struktur öz daxili tərkibinə görə çox geniş anlayış olub,
aşağıdakı tərəfləri əhatə edir: 1) əhalinin sosial tərkibi (sosial birlik
formalarının, qrupların və təbəqələrin ümumi əhali içərisində xüsusi çəkisi
və bu münasibətdə bir- birilə nisbəti); 2) ayrı- ayrı sosial birliklərin ümumi
sosial struktur daxilində yerləşməsi və rolu; 3) cəmiyyəti təşkil edən sosial
qrupların və birliklərin funksional baxımdan qarşılıqlı münasibətləri; 4)
sosial strukturun dəyişilməsi və inkişafının əsas meyilləri.
Yuxarıda qeyd olunan dörd struktur bölgüsünün hər biri öz
daxilində bir sıra tərəflərə ayrılır. Bu münasibətdə birinci bölgü- sosial
tərkib, xüsusilə diqqəti cəlb edir. Onun məzmunu əhalinin bir- birindən
keyfiyyətcə fərqlənən müxtəlif sosial qruplara və birlik formalarına
differensiasiyasını əks etdirir.
Dostları ilə paylaş: