Ziyalılar yüksək peşə göstəricilərinə və təhsil səviyyəsinə malik olan sosial təbəqədir. Buna görə də o cəmiyyətin əsas intellektual
potensialını ifadə edir.
Qeyd edək ki, ziyalılar (diplomlu mütəxəssislər) əqli əmək
işçilərinin əsas kütləsini təşkil edir. Lakin sonuncu daha geniş məzmuna
malikdir. Onun tərkibinə yüksək ixtisaslı ziyalılar ilə yanaşı əqli əməyin
nisbətən sadə xarakter daşıyan sahələrində məşğul olan qulluqçular da
daxildir.
Quldarlıq cəmiyyətində, xüsusən də feodalizmdə sosial struktur
özünün silki xarakteri ilə səciyyələnir. Silk dedikdə elə insan qrupları
nəzərdə tutulur ki, onların cəmiyyətdə müxtəlif iqtisadi və hüquqi
vəziyyəti yuridik qanunlar vasitəsilə təsbit olunur. Məsələn, quldarlıq
dövründə azad vətəndaşlar arasında müxtəlif üstünlüklərə malik olan
qruplar seçilirdi (Afinada tam hüquqlu vətəndaşlar, Romada patrisilər və
sair). Feodalizm cəmiyyətində isə zadəganlar və dini kahinlər yüksək
silklər hesab olunurdu. Üçüncü silkə isə heç bir imtiyaza malik olmayan
qruplar (məsələn kəndlilər və sənətkarlar) daxil edilirdi. Vətəndaşların
silki mənsubiyyəti irsən keçirdi. Bir silkdən digərinə keçməyə demək olar
ki, yol verilmirdi. Buna görə də silki quruluş qapalı xarakter daşıyırdı. Ən
çox əlahiddəliyi və qapalılığı ilə kasta (portuqaliya dilində- qəbilə, nəsil
deməkdir) quruluşu seçilir. Qədim Hindistanda bu geniş yayılmışdı
(brəhmənlər, kşatrilər, veyşlər və şudralar). Ilk dövrlərdə hər bir kastanın
peşəsi dəyişməz hesab olunurdu. Məsələn, kahinlər (brəhmənlər) kastası
öz sirlərini başqa insanlardan çox möhkəm şəkildə gizlədirdilər. Onlar
həm də böyük üstünlüklərə malik idilər.
Feodalizm
cəmiyyətində
kastalar
arasındakı
fərqlərin
saxlanılmasında dini adətlər, vərdişlər və ən'ənələr mühüm rol oynayırdı.
Kapitalizm quruluşunun yaranması prosesində əhalinin silklərə və kastala-
ra bölünməsi tədricən öz əhəmiyyətini itirməyə başladı. Bu cəmiyyət
möhkəmləndikdən sonra sosial strukturun elementləri xeyli dərəcədə
sadələşdi. Burada fəhlələr, kapitalistlər, kəndlilər (bunlar bütün ölkələr
üçün o qədər də səciyyəvi deyildir) və ziyalılar təbəqəsi əsas yeri tutdu.